Ana səhifə
15 Noyabr 2018

"Azərsu"dan 9 aylıq HESABAT

2014-cü ilin yanvar-sentyabr ayları ərzində "Azərsu" ASC tərəfindən Bakı şəhəri və Abşeron yarımadasında, həmçinin respublikanın 24 şəhər və rayon mərkəzlərində dövlət büdcəsi vəsaitləri və beynəlxalq maliyyə qurumlarından cəlb olunmuş kreditlər hesabına içməli su və kanalizasiya layihələrinin icrası davam etdirilib.

 

Ucnoqta.az xəbər verir ki, ASC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Gəncə şəhərinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə Göygöl mənbəyindən 24,5 km uzunluğunda magistral su xəttinin tikintisi başa çatdırılıb və şəhərə suyun verilməsi təmin edilib. Sabirabad və Saatlı şəhərlərinin içməli su təchizatının yaxşılaşdırılmasına hesablanıb, 61,6 km uzunluğunda Talış-Sabirabad-Saatlı magistral su xəttinin tikintisi həyata keçirilib. Lənkəran və Astara şəhərlərinin içməli su təchizatının yaxşılaşdırılmasını nəzərdə tutan məhsuldarlığı sutkada 30 min kubmetr olan Xanbulan sutəmizləyici qurğusunun tikintisi layihəsi icra edilib.

9 ay ərzində Bakı şəhəri və Abşeron yarımadasında da içməli su və kanalizasiya layihələrinin icrası davam etdirilib. Böyük infrastruktur layihələrindən olan Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğusunun tikintisi üzrə əsas işlər başa çatdırılıb. Ceyranbatan-Balaxanı-Qala-Zirə magistral su xəttinin 22,2 km-lik Qala-Zirə hissəsinin tikintisi yekunlaşıb.

Yanvar-sentyabr ayları ərzində Bakı şəhəri və Abşeron yarımadasında tunel tipli kanalizasiya kollektorlarının tikintisi istiqamətində ciddi işlər görülüb, hazırda Xocasən-Binəqədi-Xırdalan, Dərnəgül-Bakıxanov-Qaraçuxur, Bayıl-Bibiheybət-Lökbatan, Pirşağı tunel tipli kanalizasiya kollektorlarının inşası davam etdirilir.

Ümumilikdə yanvar-sentyabr aylarında Bakı şəhəri və Abşeron yarımadasında, həmçinin regionlarda 842,5 km uzunluğunda magistral və paylayıcı su xətləri çəkilib. Çəkilmiş su xətlərinin 631 km-i regionlarda həyata keçirilmiş layihələrin payına düşür. 9 ay ərzində 235 km-i regionlarda olmaqla 267 km uzunluğunda kanalizasiya və yağış suları xətlərinin çəkilişi təmin edilib. Ötən müddətdə regionlarda 14 ədəd su anbarı tikilib, 12 subartezian quyusu istismara verilib. Yanvar-sentyabr aylarında 119 min ədəd smart-kart tipli su sayğacı quraşdırılıb ki, bunların da 45 mini bölgələrin payına düşür.

Tikinti-quraşdırma işləri üzrə layihələrin icrası nəticəsində 156 min nəfər ilk dəfə mərkəzləşdirilmiş qaydada içməli su ilə təmin edilib. Ümumilikdə icra olunan layihələr 358 min nəfərin içməli su təchizatını yaxşılaşdırıb.

 

Tarix
29 Oktyabr 2014 [17:07]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin