Ana səhifə
23 Sentyabr 2018

Avtomobillə daşınma artıb - 85,5 milyon ton yük, 1 milyard sərnişin

Azərbaycanın nəqliyyat sektorunda daşınmaların həcminə görə ən böyük paya malik avtomobil nəqliyyatı ilə yanvar-avqust aylarında 85,5 milyon ton yük, 1 milyard sərnişin daşınıb. Beləliklə, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 2,7 və 5,2 faiz artım qeydə alınıb.

Dövlət Statistika Komitəsindən AzərTAc-a bildiriblər ki, sərnişinlərin 96,3 faizi avtobus, 3,7 faizi isə minik taksilərinin xidmətlərindən istifadə edib. Yük dövriyyəsi 2,8 faiz, sərnişin dövriyyəsi isə 5,9 faiz artıb.

Metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı isə 3,6 faiz artaraq 138,7 milyon nəfər olub.

 

Tarix
6 Oktyabr 2014 [12:00]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin