Ana səhifə
21 Noyabr 2018

Sevimli aktyorun səhhəti ilə bağlı yayılan xəbərlər düzgün deyil

Akademik Milli Dram Teatrının aktyoru, əməkdar artist Ələsgər Məmmədoğlunun vəziyyətinin ağırlaşması ilə bağlı xəbərlər həqiqəti əks etdirmir. Bu barədə Trend-ə Akademik Milli Dram Teatrının mətbuat xidmətindən bilidirblər. Teatrdan bildiriblər ki, Ə.Məmmədoğlu noyabrın 12-də yüksək təzyiq diaqnozu ilə Əjdər Məlikov adına 6 saylı Birləşmiş Şəhər Xəstəxanasına yerləşdirilib: "Ə.Məmmədoğlu həkimlərin tövsiyəsi ilə bir neçə gün müalicə alıb. Xəstəxanada müalicə aldığı müddətdə aktyorun səhhəti Mədəniyyət və Turizm Nazirliyi və Akademik Milli Dram Teatrının rəhbərliyinin diqqətində olub, teatrın rəhbərliyi əməkdar artistə baş çəkib, onun vəziyyəti ilə maraqlanıb.
Bu gün aktyorun özü ilə əlaqə yaradılıb, Ə.Məmmədoğlu bildirib ki, sağlamlığında narahatlığa səbəb olacaq hal yoxdur, özünü yaxşı hiss edir və bu gün xəstəxanadan evə buraxılması nəzərdə tutulub".

Tarix
16 Noyabr 2015 [13:34]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin