Ana səhifə
21 Noyabr 2018

2015-ci ilin büdcəsi riskli hesab edilir

Raca Almarzoqi: “Gələn ilin büdcəsində beynəlxalq tədbirlər üçün çox iri vəsaitlər nəzərdə tutulub”

 

Elman rüstəmov: “Azərbaycan neftin qiymətinin aşağı düşməsinə qarşı öz tədbirlərini görə biləcək”

 

Vahid əhmədov: “Neftin büdcə qiymətinin 80 dollar götrülməsini təklif edəcəm”

 

 

Azərbaycanın gələn il üçün dövlət büdcəsində beynəlxalq tədbirlər ilə bağlı iri həcmdə vəsaitin nəzərdə tutulması neftin qiymətinin aşağı düşməsi vəziyyətində büdəcənin icrasında risklər yarada bilər. Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan nümayəndəliyinin rəhbəri Raca Almarzoqinin gəldiyi nəticə bundan ibarətdir. Misiya rəhbəri 2015-ci ilin dövlət büdcəsindən birinci Avropa Olimpiya Oyunlarının keçirilməsinə 1,3 milyard manat vəsaitin nəzərdə tutulmasının çox olduğuna işarə edib.O bildirir ki, gələn ilin dövlət büdcəində neftin bir barrelinin qiyməti 90 dollar nəzərdə tutulsa da, beynəlxalq tədbirlər ilə bağlı olan xərc öhdəlikləri fisal (maliyyə) imkanları məhdudlaşdırır: “Gələcəkdə neftin qiyməti daha da əlverişsiz olarasa, bu, xərclərin azaldılmasının nəzərdən keçirilməsi üçün əsas ola bilər. Bununla belə, büdcə təbii qazın ixracının coğrafi baxımdan şaxələnməsini dəstəkləyəcək xərcləri nəzərə ala bilməlidir”. BVF təmsilçisi qeyd edir ki, valyuta məzənnəsi geniş ehtiyatlara söykənən pul siyasətinin sabitlik dayağı kimi qalmaqdadır: “Tədricən çevik valyuta məzənnəsinə keçid maliyyə bazarının inkişafına rəvac verə bilər. İstehlak kreditlərinin artım tempinin daha çox səngiməsi, banklarda davam edən kapitallaşmanın maliyyələşdirilməsi və Azərbaycan Beynəlxalq Bankının restrukturizasiyası bank sisteminin təsirlərə qarşı həsaslığını azaldacaq”. Missiya rəhbəri fikirlərinə əlavə edir ki, Rusiya ilə məhdud iqtisadi əlaqələr şəraitində, Azərbaycan iqtisadiyyatı regiondakı qarışıqlığa qarşı dözümlülük nümayiş etdirir. Onun sözlərinə görə, BVF 2014-cü ildə Azərbaycanın ÜDM-nin 4 faiz, 2015-ci ildə isə 3,5 faiz artacağını gözləyir. Neft hasilatının bir qədər azalması, habelə ehtiyatlı büdcə -vergi siyasəti və zəruri olan makro-prudensial sərtləşmə tədbirləri nəticəsində qeyri-neft sektorunda artımın səngiyəcəyi proqnozlaşdırılır. İnflyasiyanın təqribən 3 faiz çivarında olacağı gözlənilir. R.Almarzoqi deyir ki, işgüzar mühitin yaxşılaşdırılması iqtisadiyyatın şaxələndirilməsində həlledici əhəmiyyət kəsb edir və dövlət investisiyalarının bazar iqtisadiyyatına əsaslanan özəl yatırımlar ilə əvəz edilməsi zəruridir. Prioritet məsələlərə rəqabət və ticarətin qarşısındakı maneələrin aradan qaldırılması üçün tədbirlərin görülməsi, həmçinin korrupsiyaya qarşı mübarizə proqramlarının əhatə dairəsinin genişləndirilməsi daxildir. Mərkəzi Bankın sədri Elman Rüstəmov da BVF-nun misiya rəhbərinin açıqlamalarında narahat doğuran məqamlara münasibət bildirib. Onun sözlərinə görə, 2015-ci ilin büdcəsi çox yaxşı hazırlanıb: “Büdcədə neftin qiyməti optimal götürülüb. BVF-nin 2015-ci il üzrə proqnozu 99,5 dollardır. Azərbaycan büdcəsində bu göstərici daha aşağı – 90 dollardır. Yaşayaq baxarıq. Bilirsiniz ki, neftin qiymtinə təsir edən qarşı-qarşıya gəllən amillər var. Son illər müəyyən tarazlıq hiss olunur. İqtisadçılar deyirlər ki, neftin qiyməti tam iqtisadi kateqoriya deyil. Burada proqnoz vermək çətindir”. E.Rüstəmov bildirir ki, bir neçə yüksək səviyyəli ekspertlər Mərkəzi Banka təqdimatlar veriblər. Onların fikirinə görə, bu gün neftin qiymətinin əhmiyyətli azalmasının qarısını alacaq cox dəqiq iqtisadi baryerləri var: “Bazarda təklifi əhəmiyyətli azalda biləcək baryerlər var. Bu baryerlər imkan verməz ki, neftin qiyməti əhəmiyyətli düşsün. 2008-ci ildə neftin qiymətinin əhəmiyyətli düşdüyünü gördük. Lakin qısa bir zamanda qiymətlər yenidən bərpa olundu. Ola bilsin ki, həmin ildə müəyyən spekulyativ amillər neftin qiymətini 35 dollar səviyyəsinə aparmışdı, amma fundamental iqtisadi amillər onu yenidən öz məcrasına qaytardı. Neftin qiyməti, valyuta məzənnəsi dünya qiymətlər sistemindədir və mövcud olan qüvvələr nisbətini, əmək bölgüsünü, ticari əlaqələri əks etdirir. Mənim fikirimcə, bu konteksi dəyişmək çox mürəkkəbdir. Ona görə də, şəxsən mən neftin qiymətlərinin gələcək proqnozunda pessimist deyiləm. O cümlədən, Beynlxalq Valyuta Fondunun proqnozlarını sizə çatdırdım”. Baş bankir qeyd edir ki, Azərbaycanın neftin qiymətinin aşağı düşməsinə qarşı öz tədbirlərini görə bilməsi üçün 54 milyard dollara yaxın valyuta ehtiyatı var: “Biz bu ilin əvvəlindən neftin qiymətinin təxminən 20 faiz azalmasının şahidi oluruq. Lakin yenə neftin orta qiyməti bizim üçün kifayət qədər yüksəkdir. İlin əvvəlindən bəri Azərbaycanın bütün neft ixracatında orta qiymət 103-104 dollar səviyyəsindədir. Neftin qiymətinin aşağı düşməsi təbii ki, bizim ixrac potensialımıza təsir göstərə bilir. Lakin Azərbaycanın çox yüksək makroiqtisadi dayanıqlığı, ümumi daxili məhsulunun 70 faizi həcmində valyuta ehtiyatları var. Valyuta ehtiyatları “təhlükəsizlik yastığı”dır və Azərbaycana manevr etmək imkanları verir. Azərbaycan qiymətlər yaxşı olan zaman belə bir situasiya üçün öz pullarını yığıb saxlamışdır. Aşağı, birrəqəmli dövlət borcu və digər göstəricilər imkan verir ki, neftin qiymətinin hər hansı müvəqqəti aşağı düşməsinə qarşı öz tədbirlərini görə bilsin. Artıq sizi sakitləşdirmək istəyirək ki, bizim kifayət qədər ambisiyalı, həm sosial, həm də inkişaf yönümlü yaxşı balanslaşdırılmış büdcəmiz var. Ona görə, neftin qiymətinin aşağı düşməsini biznes hiss etməyəcək”. E.Rüstəmov əlavə edir ki, Azərbaycan Rusiyada gedən proseslərdən ən az təsirlənən ölkələrdən biridir. Bu, Azərbaycanın Rusiyadan az asılı olması ilə bağlıdır.

“Üç nöqtə”yə açıqlamasında Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov isə bildirib ki, neftin qiyməti ilə əlaqədar gələn ilin dövlət büdcəsində investisiya xərcləri 6,9 milyard manat nəzərdə tutulub: “Onun 1,3 milyard manatı, Avropa Yay Olimpiya oyunları, 1 milyard manata yaxın vəsait də TANAP layihəsi ilə əlaqədardır. Fikrimcə, bu layihələr həyata keçirilməlidir. Çünki hər iki layihə Azərbaycan üçün böyük önəm daşıyır”. İqtisadçı millət vəkili neftin qiymətində problem ola biləcəyini istisna etmir: “Büdcə layihəsi müzakirə olunan zaman mən neftin qiyməti ilə əlaqədar təklif verəcəm ki, büdcədə neftin baza qiyməti 80 dollar götrülsün. Çünki dünyada gedən siyasi proseslər, OPEK-in neft hasilatını artırmaması və sair proseslər göstərir ki, neftin qiymətində problemlər yarana bilər. Buna baxmayaraq Azərbaycanın da ehtiyatı var. İstənilən halda Prezidentin göstərişləri ilə o ehtiyatdan istifadə oluna bilər”. Komitə üzvü BVF rəsmisinin q eyd etdiyi kimi 2015-ci ilin büdcəsini riskli hesab edir: “Amma ehtiyatla tutulmuş büdcədir, neftin qiymətində ciddi problem olmasa ölkə iqtisadiyyatı üçün heç bir problem yaranan da deyil”.

 

 

Əfsun

Tarix
29 Oktyabr 2014 [16:41]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin