Ana səhifə
17 Noyabr 2018

Ramil Usubov səfirlə görüşdü

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov Qətər Dövlətinin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Mübarək bin Fahd Al-Tanini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib. 
 

 

Ucnoqta.az xəbər verir ki, nazir dövlət başçılarının siyasi iradəsinə və dostluq münasibətlərinə uyğun olaraq son illər ölkələrimiz arasında bütün sahələrdə əlaqələrin dinamik templə inkişaf etdiyini nəzərə çatdırıb, Ramil Usubov yüksək səviyyəli qarşılıqlı təmasların və ziyarətlərin, yaradılan hüquqi-normativ bazanın daxili işlər orqanları arasında əməkdaşlığın daha da genişlənəcəyinə xidmət edəcəyini, Azərbaycan tərəfinin birgə əlaqələrin daha da dərinləşməsində hər zaman maraqlı olduğunu vurğulayıb, səfirə gələcək diplomatik fəaliyyətində uğurlar arzulayıb.

Səfir Mübarək bin Fahd Al-Tani səmimi qəbula və xoş sözlərə görə təşəkkür edib, Qətərlə Azərbaycan arasında hərtərəfli əməkdaşlığın gündən-günə inkişaf etdiyini, respublikamızada diplomatik missiyasının həyata keçirilməsində yaradılmış əlverişli və təhlükəsiz şəraitə görə ölkəmizin rəhbərliyinə minnətdarlığını bildirib.(Qafqazinfo.az)

 

Tarix
29 Oktyabr 2014 [16:28]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin