Ana səhifə
14 Noyabr 2018

Gəncədəki "ASAN xidmət" mərkəzində də sahibkarlara lisenziyalar verilib

Gəncədə sənaye məhsulunun 57,1 faizi özəl bölmədə istehsal olunub
Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 26,6 faiz çoxdur

Cari ilin doqquz ayının yekunları Gəncə üçün yaddaqalan və uğurlu olub. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev diqqətə çatdırıb ki, əvvəllər olduğu kimi cari ilin 9 ayında da iqtisadiyyatın müxtəlif sahələri üzrə yüksək göstəricilərə nail olunub. Ölkə başçısının Gəncəyə olan diqqət və qayğısı sayəsində əvvəllər qazanılan uğurlar daha da genişləndirilib. Həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində ümumdaxili məhsul buraxılışı 105,7 faiz və müqayisəli qiymətlərlə 35, 6 milyon manat artaraq 662,8 milyon manata çatıb. Şəhər sənayesində 2015-ci ilin 9 ayı ərzində ümumi məhsulun 25,1 faizi sənayedə, 0,3 faizi kənd təsərrüfatında, 39,0 faizi tikintidə, 8,0 faizi nəqliyyatda, 0,5 faizi informasiya və rabitədə, 27,1 faizi ticarət və xidmət sahələrində istehsal edilib. 2015-ci ilin 9 ayı ərzində şəhər sənayesinin təsərrüfat subyektləri tərəfindən 168 milyon 773 min manatlıq sənaye məhsulu istehsal olunub və xidmətlər göstərilib. 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə istehsal edilən mal və xidmətlərin həcmi 14,2 faiz artıb, onun ümumi daxili məhsul buraxılışında xüsusi çəkisi ötən ilin eyni dövrü ilə müqayisədə 1,9 faiz artaraq 25,1 faizədək yüksəlib. Sənaye məhsulunun 57,1 faizi özəl bölmədə istehsal olunub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 26,6 faiz çoxdur.
Şəhər iqtisadiyyatının inkişafında mühüm rol oynayan və ümumdaxili məhsulun formalaşmasında aparıcı sahələrdən olan tikinti kompleksinin dinamik inkişafı hesabat dövründə də davam etdirilib. 2015-ci ilin 9 ayı ərzində şəhərin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala yönəldilmiş 276 milyon 785 min manatlıq vəsaitin 94,8 faizi və ya 262 milyon 531 min manatı tikinti-quraşdırma işlərinə sərf edilib. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əsas kapitala yönəldilmiş vəsaitin həcmi 0,2 faiz, tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilmiş vəsaitin həcmi isə 0,1 faiz artıb.  Gəncə sahibkarlarına verilən güzəştli kreditlərin həcmi də artıb. İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Nazirliyin Sahibkarlığa Kömək Milli Fondu iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin investisiya layihələrinin maliyyələşdirilməsini davam etdirir. Sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair növbəti işgüzar forum sentyabrın 17-də Göygöl rayonunun Qızılca kəndində keçirilib.  Bu tədbirdə Gəncə sahibkarları da yaxından iştirak edib. Forumda iştirak edən 130-dan çox sahibkara güzəştli kreditlərin alınması mexanizmi barədə ətraflı məlumat verilib, reallaşdırılması məqsədəuyğun hesab olunan nümunəvi layihələr təqdim olunub, sahibkarlara güzəştli kreditlər verilib. Forumda çıxış edən Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev 2015-ci ilin ötən dövrü ərzində 4000-dən çox sahibkara 141 milyon manatdan çox güzəştli kredit verildiyini, reallaşdırılan layihələrin 8800-ə yaxın yeni iş yerinin yaradılmasına imkan verdiyini diqqətə çatdırıb. Ümumilikdə, indiyədək Gəncə-Qazax iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 5540-dan çox investisiya layihəsinin maliyyələşdirilməsinə 199,4 milyon manat güzəştli kredit verilib, digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan logistik mərkəzlərin, taxıl anbarlarının, istixana təsərrüfatlarının, quşçuluq fabrikinin, çörək, tikinti materialları, süfrə suları istehsalı, meyvə-tərəvəz, süd emalı müəssisələrinin yaradılması və s. sahələr üzrə investisiya layihələri maliyyələşdirilmiş, 24 mindən çox yeni iş yerinin açılması imkanı yaradılıb. Qeyd edək ki, bir il əvvəl də Gəncə sahibkarları güzəştli kreditlərdən qonşu rayonların sahibkarları ilə birlikdə səmərəli istifadə edib. Həmin vaxtadək Gəncə-Qazax iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 4 362 investisiya layihəsinin maliyyələşdirilməsinə 156,2 mln. manat güzəştli kredit verilmişdi. Bu vəsaitin 29,2 milyon manatı Gəncə şəhərindən olan 429 sahibkara verilmişdir. Bu kreditlər hesabına 4 000-ə yaxın yeni iş yerləri yaradılıb.2014-cü ilin dekabrında  keçirilən tədbirdə isə Gəncə şəhəri və ətraf rayonlardan olan 70-dən çox sahibkara 1,5 mln. manat güzəştli kredit verilib. Bu kreditlərin reallaşdırılması hesabına 150-ə yaxın yeni iş yerinin açılması mümkün olacaq. Tədbirdə sahibkarlarla müvəkkil kredit təşkilatlarının nümayəndələri arasında investisiya layihələri barədə işgüzar müzakirələr aparılıb. Forum çərçivəsində Gəncə şəhərində xalça və trikotaj məhsulları istehsalı müəssisəsinin fəaliyyətinə baxış keçirilib.
Qeyd edək ki, Gəncədə sahibkarlara lisenziyaların verilməsi istiqamətində ciddi dəyişiklər var. Bu günlərdə İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən Gəncədəki “ASAN xidmət” mərkəzində sahibkarlara lisenziyalar təqdim edilib. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, bu lisenziyalar şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) müntəzəm sərnişin daşımaları, ölkədaxili yük daşımaları sahəsində fəaliyyət göstərən sahibkarlara verilib. Lisenziya almış sahibkarlar xüsusi razılığın (lisenziya) alınması üçün müraciətlərinə qısa müddətdə baxıldığını vurğulayıb, lisenziyaların verilməsi prosesindən razılıqlarını bildirərək sahibkarlara göstərdiyi dəstəyə görə dövlət başçısına minnətdarlıqlarını ifadə ediblər. Həmçinin qeyd edilib ki, ölkədə kiçik və orta sahibkarlığın inkişafına dəstək tədbirləri, lisenziyaların “ASAN xidmət” mərkəzləri vasitəsilə verilməsi, inzibati prosedurların sadələşdirilməsi, şəffaflığın təmin edilməsi sahibkarların fəaliyyətini daha da asanlaşdırır, özəl sektorun inkişafına əlavə stimul verir.
Azərbaycan Prezidentinin 19 oktyabr 2015-ci il tarixli “Sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan növlərinin sayının azaldılması, xüsusi razılıq (lisenziya) verilməsi prosedurlarının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi haqqında” fərmanına uyğun olaraq, İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən Bakı şəhərində və regionlarda “ASAN xidmət” mərkəzlərində lisenziyaların verilməsi davam etdirilir.
Bu arada İqtisadiyyat və Sənaye Nazirliyinin Bakı Biznes Tədris Mərkəzi Gəncədə gənc sahibkar qadınlar üçün treninq keçirib. Tədbir Mərkəzinin Gəncə nümayəndəliyinin və “Sahibkar qadınlar” İctimai Birliyinin birgə təşkilatçılığı ilə reallaşıb. Nazirliyin mətbuat xidmətindən bildiriblər ki, “Biznes ideyanı yarat”, “Öz biznesinə başla” və “İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər” mövzularını əhatə edən treninqdə iştirakçılara biznes-ideyanın yaradılması, biznes-planların tərtib edilməsi, SWOT təhlilin aparılması və bu sahədə beynəlxalq təcrübə, innovativ texnologiyaların tətbiqi, yeni məhsul istehsalının və xidmətlərin göstərilməsinin təşkili, peşə hazırlığı səviyyəsinin yüksəldilməsi barədə ətraflı məlumat verilib. Bundan əlavə, İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən göstərilən elektron xidmətlərlə bağlı geniş məlumat treninq iştirakçılarının diqqətinə çatdırılıb. Tədbir çərçivəsində mövzular üzrə təqdimatlar keçirilib, iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanıb, onları maraqlandıran suallar cavablandırılıb.
Gəncədə görülən işlər ölkə başçısı tərəfindən də yüksək dəyərləndirilib. Dövlət başçısı Gəncəyə tarixi səfəri zamanı deyib: “Şadam ki, qısa müddət ərzində Gəncədə çox böyük quruculuq işləri aparılıb. Gəncəyə daim böyük diqqət göstərilib. Mən istəyirəm ki, hər bir şəhərdə belə gözəl işlər aparılsın. Bütövlükdə ölkəmizdə, hər bir yerdə çox sürətli və uğurlu inkişaf gedir”.

Tarix
13 Noyabr 2015 [15:11]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin