Ana səhifə
13 Noyabr 2018

Erməni vəhşilikləri Fransa televiziyasında

Fransanın “24 saat” televiziya kanalında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən, xüsusilə ermənilərin azərbaycanlılara qarşı törətdikləri vəhşiliklərdən bəhs edən veriliş yayımlanıb.
 

 

Ucnoqta.azxəbər verir ki, verilişdə Dağlıq Qarabağ Azərbaycanın ərazisi kimi təqdim olunub, 1988-ci ildə regionda vəziyyətin gərginləşdiyi və Ermənistanın apardığı işğalçılıq siyasətinin qanlı müharibəyə gətirib çıxardığı vurğulanıb.
Azərbaycanlılara nifrət hissi bəsləyən ermənilərin 1992-ci ildə Xocalıda aralarında qadınlar, uşaqlar və yaşlılar da olmaqla dinc sakinlərə qarşı dünyada görünməyən vəhşiliklər törətdikləri, soyqırımı həyata keçirdikləri, 1991-1994-cü illərdə Ermənistanın Azərbaycana qarşı elan olunmamış müharibəsi nəticəsində 30 min insanın həlak olduğu, bir milyondan artıq azərbaycanlının silah gücünə zorla doğma ata-baba yurdlarından didərgin salındığı diqqətə çatdırılıb. Dağlıq Qarabağda heç bir hüquqi əsası olmadan yaradılan qondarma rejimin beynəlxalq birlik tərəfindən tanınmadığı xüsusi qeyd edilib. BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən qeyd-şərtsiz çıxarılması ilə bağlı dörd qətnamə, Avropa Şurası Parlament Assambleyasının isə 1416 saylı qətnamə qəbul etdiyi, lakin bu günə qədər həmin sənədlərə əməl olunmadığı bildirilib.
ATƏT-in Minsk qrupunun problemin danışıqlar yolu ilə həlli istiqamətində səylərinin indiyədək nəticəsiz qaldığı qeyd edilən verilişdə münaqişənin hər an yenidən başlamaq təhlükəsinin mövcud olduğu vurğulanıb.
Verilişdə çıxış edən azərbaycanlı jurnalist “dənizdən-dənizə böyük Ermənistan yaratmaq” kimi mənasız xülyaya düşən Ermənistanın işğalçılıq siyasətindən, məcburi köçkün isə ailəsinin başına gətirilən müsibətlərdən söhbət açıb.
Verilişdə göstərilən Azərbaycan xəritəsində Dağlıq Qarabağ və ona bitişik yeddi rayon işğal olunmuş Azərbaycan əraziləri kimi qeyd edilib.

 

 

AzərTAc

Tarix
29 Oktyabr 2014 [16:12]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin