Ana səhifə
15 Noyabr 2018

Ailənin bir üzvü tüstüdən boğularaq öldü, iki üzvü isə zəhərləndi

Cəlilabad rayonunda ehtiyatsızlıq səbəbindən ailənin bir üzvü tüstüdən boğulub, daha iki üzvü isə zəhərlənərək xəstəxanaya yerləşdirilib. 

Ucnoqta.az xəbər verir ki, hadisə ötən gecə rayonun Böyük Bəcrəvan kənd sakini İsrail Sayadulla oğlu Hüseynova məxsus fərdi yaşayış evində də baş verib. Axşam saatlarında otağın isidilməsi üçün istifadə olunan elektrik sobası aşaraq evdəki xalçanı yandırıb. Bu zaman otaqda ciddi yanğın baş verməsə də, iki aylıq körpə, ər və arvadın olduğu otaqda qatı tüstü yaranıb. Ailənin digər üzvləri isə hadisə barədə yalnız səhər açılanda sonra xəbər tutublar. Ev sahibinin 22 yaşlı həyat yoldaşı Gülarə Hüsynova tüstü və dəm qazından boğularaq ölüb. İsrail Hüseynov və iki aylıq körpəsi Hüseyn Hüseynov isə ağır vəziyyətdə Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Həkimlərin göstərdikləri müvafiq yardımlardan sonra İ. Hüseynovun vəziyyətinin orta-ağır, iki yaşlı körpənin isə vəziyyətinin normal olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.(APA)

Tarix
29 Oktyabr 2014 [16:05]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin