Ana səhifə
16 Dekabr 2018

İŞİD-dən Hizbullaha hücum

İŞİD terrorçu qruplaşmasının dəstəyi ilə hərəkət edən Nusra cəbhəsinin yaraqlıları Livan sərhəddini pozaraq Hizbullah təşkilatının hədəflərinə hücum ediblər. 
ANS PRESS-in məlumatına görə, Hizbullaha yaxın mənbələr qruplaşmanın artıq 10 bazaya hücum etdiyini bildirib. 
“Reuters”ə məlumat verən mənbə hücumda yüzlərlə İŞİD və Nusra üzvünün iştirak etdiyini, insident zamanı 16 nusraçının öldüyünü bildirib.
Həmçinin Bəqaa vadisində olan hizbullahçıların hücuma məruz qalan bazalara yardıma getdiyi bildirilib. 
Qeyd edək ki, Hizbullah Suriyada davam edən vətəndaş müharibəsində Əsədin ən əhəmiyyətli müttəfiqlərindən biridir. İran tərəfindən də dəstəklənən Hizbullah Suriyanın cənub tərəfində olan Livan qəsəbəsi Arsal və ətrafını nəzarətdə saxlayır. 
Avqust ayında İŞİD və Nusra yaraqlıları Arsal qəsəbəsinə hücum edərək 32 Livan hərbçisini girov götürmüşdü. Aparılan danışıqlara baxmayaraq Nusra 3 livanlı əsgəri öldürmüşdü. 

Tarix
6 Oktyabr 2014 [11:43]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin