Ana səhifə
18 Noyabr 2018

Kukla Teatrı balacaları sevindirən layihələrini davam etdirir

“Oyuq” fəallarının alqış payı

85-ci teatr mövsümünü yaşayan  Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında balaca tamaşaçıları sevindirən maraqlı layihələr davam etməkdədir.Teatrın mətbuat xidmətindən verilən xəbərə görə, azyaşlıların mənəvi-estetik zövqünün formalaşması, onların  teatra, sənətə məhəbbət ruhunda yetişməsi üçün üzərinə düşən işi uğurla həyata keçirən teatrın nəzdində fəaliyyət göstərən “Oyuq” teatr-studiyası da bu missiyaya qoşulub.
Mütəmadi olaraq tamaşa və konsert proqramları ilə həmyaşıdları sevindirən studiyanın fəalları  bu dəfə də xeyriyyə aksiyası ənənələrinə sadiq qalaraq ardıcıl olaraq iki gün tamaşa-konsert nümayiş etdiriblər.
Belə ki, ilk tədbir  noyabrın 10-da Milli Onkologiya Mərkəzinin uşaq klinikasında baş tutub. 
UNİMA Azərbaycan Milli Mərkəzinin dəstəyi ilə keçirilən bayram tədbirində balaca istedadların ifasında “Yatmış gözəl” adlı tamaşa, ardınca isə istedadlı balacaların ifasında rəngarəng konsert proqramı  təqdim olunub. 
Dünya ədəbiyyatından məşhur əsər əsasında yazıçı Səidə Haqverdiyevanın səhnələşdirdiyi və Cəmilə Allahverdiyevanın quruluş verdiyi 2 saatlıq tamaşa-konsertdə Azərbaycan və dünya nağıl qəhrəmanlarının  vəhdətdə təqdimatı mərkəzdə müalicə alan balacaların alqışları ilə qarşılanıb. Teatrın aktyorları Cavid Telman və Elnur Xəlilovun ifasında şou-proqram balacaların sevincinə səbəb olub.
Proqramda studiyanın fəalları Aylin Nəcəfli, Selcan Xatun, Tunar İsa, Nazim Hacıyev və digərlərinin canlandırdığı məşhur obrazlar, səsləndirdiyi mahnılar, ifa etdikləri rəqslər həmyaşıdlarının sürəkli alqışları ilə müşayiət olunub.
 Tədbirə aparıcılıq edən və onun təşkilinə dəstək göstərən aktrisa Ülviyyə Əliyeva mərkəzdə müalicə alan uşaqlar üçün bu kimi proqramları daim etmək istədiklərini və teatrın kollektivinin, eləcə də studiyanın üzvlərinin bu tədbirlərə daim böyük həvəslə qatıldıqlarını deyib.
Poliklinikanın baş həkimi  maraqlı və vacib tədbirə görə kollektiv, eləcə də mərkəzdə müalicə alan balacalar adından kollektivə təşəkkürünü bildirib.
Aksiyanın davamı olaraq noyabrın 11-də Dövlət Kukla Teatrında da həmin tamaşa-konsertin nümayişi reallaşıb. Belə ki, 9 noyabr – Azərbaycan Dövlət Bayrağı günü və 12 noyabr – Konstitusiya günü münasibətilə Bakının bir neçə uşaq evi və internat məktəbinin sakinləri tamaşa salonunda istedadlı həmyaşıdlarının məharətini izləyiblər.
Anşlaqla keçən konsert-tamaşada respublikanın tanınmış estrada müğənniləri və instrumental ifaçıları da çıxış ediblər.

 

Tarix
12 Noyabr 2015 [13:40]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin