Ana səhifə
20 Avqust 2018

KİVDF jurnalistlər üçün növbəti müsabiqə elan edib

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə fərdi jurnalist yazıları müsabiqəsi elan edib.Fonddan verilən məlumata görə, Fondun Müşahidə Şurasının iclasında müsabiqənin mövzularına dair müzakirələr aparılıb. Fondun icraçı direktoru Vüqar Səfərli müsabiqə barədə məlumat verib. O, mövzuların jurnalistlərin özləri tərəfindən Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyasında nəzərdə tutulmuş 19 istiqamət əsasında, sərbəst şəkildə müəyyənləşdirilməsini təklif edib.
Müsabiqədə hər istiqamət üzrə birinci yer üçün 500 manat olmaqla 1, ikinci yer üçün 400 manat olmaqla 2, üçüncü yer üçün 300 manat olmaqla 3 mükafatın nəzərdə tutulduğu təklif olunub. Bu halda Fondun keçirdiyi müsabiqələrdən ümumilikdə 114 jurnalistin faydalana biləcəyi diqqətə çatdırılıb.
Sonra təkliflər ətrafında müzakirələr aparılıb. Müşahidə Şurasının üzvləri Rəşad Məcid və Müşfiq Ələsgərli təklifi müsbət dəyərləndirərək belə müsabiqələrin jurnalistlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi və sosial müdafiəsinin yaxşılaşdırılması baxımından əhəmiyyətini diqqətə çatdırıblar.
Müzakirələrin yekununda müsabiqənin 2015-ci il noyabrın 13-dən dekabrın 15-dək 19 istiqamət üzrə keçirilməsi barədə qərar qəbul olunub.
Müsabiqə elan olunan günədək ən azı 1 il müddətində kütləvi informasiya vasitələrində (qəzet, jurnal və informasiya agentlikləri) fasiləsiz çalışan şəxslər müsabiqədə iştirak edə bilərlər. Müsabiqəyə hər jurnalist yalnız 1 yazı təqdim edə bilər. Yazı Fond tərəfindən elan edilmiş istiqamətlərə uyğun olmalı, son 1 ildə, həftədə 1 dəfədən az olmayaraq nəşr edilən, Azərbaycan Mətbuat Şurasının tərtib etdiyi “qara siyahı”ya düşməyən mətbuat orqanlarında dərc edilməlidir. Qəzetdə dərc olunmuş yazıda “Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün” qeydi göstərilməlidir. İnformasiya agentliklərində çalışan jurnalistlər istisna olmaqla, digər jurnalistlər öz yazılarını yalnız işlədikləri mətbuat orqanlarında dərc etdirməlidirlər.
Müsabiqə ilə bağlı ətraflı məlumatı KİVDF-nin saytından əldə etmək olar.

Tarix
11 Noyabr 2015 [16:48]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin