Ana səhifə
20 Sentyabr 2018

Sahibkarlara yüksək səviyyədə xidmət göstərilir

ASAN xidmət” mərkəzində sahibkarlara növbəti lisenziyalar təqdim edilib

 «Biznes ombudsmanı kimi institutların yaradılması eyni zamanda həm biznesin inkişafı sahəsində yeni ideyalar fabrikidir, həm də böhran vəziyyətində sahibkarlığın birbaşa dəstəklənməsi vasitəsi deməkdir». Bu barədə iqtisadçı Elnur Eyvazov deyib. Onun sözlərinə görə, belə bir qurumun yaradılması ölkə rəhbərliyini biznesi burokratiyadan müdafiə etmək üçün tələb olunan gündəlik işlərdən azad edəcək, həm də biznes icması haqqında rəhbərliyin vaxtlı-vaxtında məlumatlandırılmasını təmin etmiş olacaq. «Daha sadə desək, ombudsmanın bu vəzifəsi sahibkarlıq fəaliyyəti subyektlərinin hüquqlarını və hüquqi maraqlarını qorumaqdan və müdafiə etməkdən ibarətdir. Lakin bu vəzifə özündə ombudsmanın qanunçuluğun qorunmasına aramsız nəzarət etməsini ehtiva etmir. Qanunçuluğun qorunmasının keşiyində ilk növbədə, hüquq-mühafizə orqanları dayanırlar və prokurorluqdan fərqli olaraq, ombudsman institutu yalnız qanunçuluq nöqteyi-nəzərindən yox, həm də səmərəlilik, məqsədəuyğunluq, dürüstlük, ədalətlilik mövqeyindən çıxış edərək, biznesə nəzarəti həyata keçirir və təhqiqat aparır»,- o deyib.
Elnur Eyvazov deyib ki, belə bir qurum yaradılarsa, sahibkarlar onun xidmətindən faydalana bilər: «  Əvvəlcə onu deyim ki, Prezident İlham Əliyev tərəfindən 2015-ci ilin Azərbaycanda «Kənd təsərrüfatı ili» elan olunması dövlətin bu sahəyə diqqətinin əyani göstəricisidir. Bilirsiniz ki, ölkəmizdə aqrar sahənin inkişafı üçün indiyə qədər bir çox addımlar atılıb. Bu il isə bu sahədə daha böyük uğurlar əldə edə bilərik. Hesab edirəm ki, respublikada kənd təsərrüfatının inkişafı üçün davamlı addımlar bundan sonra da atılacaq. Xatırladım ki, MDB məkanında ilk dəfə Azərbaycanda torpaq islahatları həyata keçirilib. Bu fakt isə dövlətin aqrar sahəyə verdiyi böyük önəmin göstərici idi.
Aqrar sahə ilə əlaqədar xeyli sayda qanunlar da qəbul edilib ki, bu da kənd təsərrüfanın inkişafında vacib rol oynayır. Eləcə də, dövlət başçısı tərəfindən bu sahənin inkişafı ilə əlaqədar fərman və sərəncamlar verilir. Hesab edirəm ki, ölkə Prezidentinin sərəncamı ilə 2015-ci ilin Azərbaycanda "Kənd təsərrüfatı ili" elan olunması bu sahənin inkişafına göstərilən diqqətin davamlı olduğunu təsdiq edir. Bütün bu faktlar təsdiq edir ki, kənd təsərrüfatının inkişafı ölkəmiz üçün prioritetdir. Çünki bu sahə qeyri-neft sektorunda mühüm yer tutur. Fikrimcə, «Kənd təsərrüfatı ili» çərçivəsində çox ciddi tədbirlər həyata keçiriləcək. Bütün bunlar isə nəticə etibarilə ölkəmizin ərzaq təhlükəsizliyinin təmin olunmasında xüsusi rol oynayacaq. Azərbaycan dövlətinin qarşıya qoyduğu əsas məqsədlərdən biri ərzaq təhlükəsizliyinin tam təmin olunmasıdır. Bu mənada görülən işlər məhz qarşıya qoyulan bu məqsədlərə çatmağa hədəflənib. Bu işlərin həyata keçirilməsini asanlaşdırmaq məqsədilə biznes ombudsmanının yaradılması vacibdir. Çünki o sahibkarların problemlərinin öyrənilməsi onların həlli yolunda operativ addımlar atmağa və sahibkarların fəaliyyətinin inkişafına yardım etməyə imkan verəcək. Məhz biznes problemlərinin ciddi araşdırılması və dövlətin xüsusi diqqəti son vaxtlar ölkənin kənd təsərrüfatı sahəsində iqtisadi göstəriciləri artırmağa şərait yaradıb. Burada sabit artım qeydə alınıb və bu, müsbət haldır. Bununla yanaşı, kənd təsərrüfatı, fermerlik sahəsində hələ istifadə olunmamış imkanlar, sahibkarlığın effektli inkişaf istiqamətləri mövcuddur. Hərçənd, bu sahədə problemlər də yetərincədir».
İqtisadçı bildirib ki, ölkədə aqroparkların yaradılması yaxşı haldır, amma gəlin görək, orada kiçik və orta biznes hansı yeri tutacaq? «Məhz sahibkarların hüquqları üzrə institutun mövcudluğu ilə sahibkarlıq fəaliyyətinin istənilən istiqamətdə inkişaf etdirilməsinə yardım məqsədilə pulsuz xidmətlər, məsləhətlər təşkil etmək olar.
Biznes ombudsmanı institutunun yaradılmasının müsbət məqamlarından biri də ondan ibarətdir ki, həmin şəxs bu sektorun inkişafı üzrə prezidentə müntəzəm hesabat verməli olacaq və beləliklə də, dövlət başçısı dərhal sahibkarların problemləri haqqında məlumat əldə edə biləcək. Ən əsası isə əlbəttə ki, bürokratiya üzərində şəffaf hüquqi nəzarətin təmin edilməsidir.
Biznes dövlət tərəfindən mühafizə olunduğunu hiss etməli və bilməlidir ki, ona olan maraq müvəqqəti və ani deyil, bu qayğı məhz təminatlı, sistemli dövlət dəstəyindən ibarətdir».  O bildirib ki. belə bir qurumun yaradılmasının hərtərəfli öyrənilməlidir.
 Aydındır ki, sahibkarlıq fəaliyyətğini asanlaşdırmaq üçün belə bir institun yaradılması vacibdir. Amma bu gün görülən işlər də gələcəyə ümidlə baxmağa, ölkəmizin daha sürətlə inkişafına şərait yaradır. Son günlə sahibkarlara lisenziyaların yeni qaydalar çərçivəsində verilməsi dediklərimizə əsas verir. Məsələn,  sahzibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərə lisenziyaların verilməsi davam edir. Ötən gün İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən 5 saylı “ASAN xidmət” mərkəzində sahibkarlara növbəti lisenziyalar təqdim edilib.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, bu lisenziyalar avtomobil nəqliyyatı ilə ölkədaxili və beynəlxalq yük daşımaları, əczaçılıq fəaliyyəti, etil (yeyinti) spirtinin və alkoqollu içkilərin satışı, şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) müntəzəm sərnişin daşımaları sahələrində fəaliyyət göstərən sahibkarlara verilib. Hazırda İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən aidiyyəti dövlət qurumlarına lisenziyaların alınması ilə bağlı edilmiş digər müraciətlərə də baxılır və qısa müddətdə lisenziyaların verilməsi təmin ediləcək. Xüsusi razılıq (lisenziya) almış sahibkarlar müraciətlərinə qısa müddətdə baxılmasından və lisenziyaların verilməsi prosesində şəffaflığın təmin edilməsindən məmnunluğunu ifadə edib, sahibkarlara göstərilən böyük diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər. Vurğulanıb ki, Azərbaycan Prezidentinin təşəbbüsü ilə sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması, eləcə də lisenziyalaşdırma sahəsində inzibati prosedurların sadələşdirilməsi barədə dövlət başçısının fərmanı sahibkarlığın inkişafına dəstək verməklə biznes mühitinin daha da yaxşılaşdırılması istiqamətində həyata keçirilən islahatların daha bir göstəricisidir. Qeyd edək ki, Azərbaycan Prezidentinin 19 oktyabr 2015-ci il tarixli “Sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan növlərinin sayının azaldılması, xüsusi razılıq (lisenziya) verilməsi prosedurlarının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi haqqında” fərmanı ilə verilmiş tapşırıqların yüksək səviyyədə icrası məqsədilə qısa müddət ərzində zəruri tədbirlər görülüb, sahibkarlara xidmətin yüksək səviyyədə göstərilməsi məqsədilə nazirliyin “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən əməkdaşları üçün treninqlər keçirilib, sahibkarlıq subyektləri məlumatlandırılıb. Belə ki, bu ilin 2 noyabr tarixindən etibarən müddəti bitən lisenziyaların yenisi ilə əvəz edilməsi üçün sənədlərin qəbulu prosesinə başlanılıb, lisenziyalaşdırılan fəaliyyətə yeni başlamaq istəyən sahibkarlara əlavə xərc çəkməmək üçün yeni siyahının təsdiq olunmasını gözləmək tövsiyə edilib. Artıq lisenziya tələb olunan fəaliyyət növlərinin sayının minimuma endirilməsi, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün tələb olunan xüsusi razılıq (lisenziya) verilməsi qaydasının sadələşdirilməsi və şəffaflığın təmin edilməsi məqsədilə İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən təkliflərin hazırlanması yekunlaşmaq üzrədir.

 

Tarix
11 Noyabr 2015 [16:41]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin