Ana səhifə
15 Noyabr 2018

Siyavuş Novruzovdan şeyxin qudasına cavab

Milli Məclisin dünən keçirilən plenar iclasında Şeyxülislam hacı Allahşükür Paşazadənin qudası, millət vəkili Qalib Salahzadənin bələdiyyələrlə bağlı səsləndirdiyi ittihamlara YAP-çı deputat Siyavuş Novruzov cavab verib.

 

Ucnoqta.az xəbər verir ki, YAP funksioneri Q.Salahzadənin “Artıq bələdiyyələr indidən seçilib, kim sədr olacaq, camaat bilir. Sonra da deyirlər, kadr yoxdur. Kadr var, sadəcə, imkan vermirlər”-deyə bildirdiyi fikirlərin real olmadığını qeyd edib.

“Biz Yeni Azərbaycan Partiyası olaraq namizədlərimizi müəyyən edirik və onların seçkilərə namizədliklərini irəli sürürük. Amma bu o demək deyil ki, onların hamısı seçiləcək. Kimin nüfuzu çoxdu, kimə seçicilər tərəfindən dəstək olunacaqsa, həmin şəxs seçiləcək. Bəzən çoxusu bu məsələni qarışdırır. İstənilən siyasi partiya bütün bələdiyyələrə namizəd irəli sürmək hüququna malikdir. O baxımdan namizədlər əvvəlcədən müəyyən olunur. Onlar müzakirə olunur və ondan sonra namizədlikləri irəli sürülür. Elə adamlar var ki, fərdi qaydada öz namizədlərini müəyyənləşdirir. Təbii ki, onların arasından seçilənlər olacaq. Həmin şəxslərin təbliğat və təşviqatını aparacağıq”.(AzVision.az)

 

Tarix
29 Oktyabr 2014 [15:39]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin