Ana səhifə
19 Noyabr 2018

Xatun xərcə düşdü...

Yaxın günlərdə müğənni Xatun Əliyevanın maşını cərimə meydançasına aparılmışdı. Bu barədə “Üç nöqtə”yə danışan müğənni bildirdi ki, artıq cərimələrimizi ödədik və şüşlərimizi də dəyişdik: “Qara şüşələr idi, onları  yenidən dəyişdik. Bir az xərcə düşdüm. Xərci açıqlamaq istəmirəm. Pərdələri də noyabrın 15-dək qalmasına icazə veriblər. 15-dən sonra icazə yoxdu.  Pərdələr maşının öz pərdələri idi. Maşın artıq gözümdən düşüb. Maşını özüm idarə etməyi sevmirəm. Arxa oturacaqda əyləşirəm. Çox görsənməyi sevmirəm. İndi də maşında adi şüşədən məni görəcəklər. Belə halda arxada əyləşəndə, məni görmürdülər. Elə də qaranlıq şüşələr deyildi”.

 

İfaçı onu da dedi ki, 8 aydır ki, maşın məndədir: “O maşını sevirəm.  Toyda paltarımı tez orada dəyişirəm. O maşın mənim qarderobum, soyuducum...və.s hər şey ordadı. Sadəcə indi belə oldu. Ən yaxşısı arxa oturacaqda uzanıb gedərəm. Məni görən olmaz”.

 

Qeyd edək ki, oktyabrın 27-də sənətçinin avtomobilinin şüşələrində qara plyonka olduğuna görə cərimə meydançasına aparılmışdı.

 

 

Rəqsanə

Tarix
29 Oktyabr 2014 [15:35]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin