Ana səhifə
22 Sentyabr 2018

İcra başçısı nəyin güdazına getdi – Təfərrüat

“Dağıstandakı proseslərə praqmatik baxmalıyıq”.

 

Ucnoqta.az xəbər verir ki, bu sözləri açıqlamasında politoloq Adıgözəl Məmmədov söyləyib. O, Dağıstanda klanlararası mübarizənin hər zaman olduğunu söyləyib:

 

“Tarix baxımından Dağıstan bizə doğma regiondur. Onun daxilində proporsional qaydada klanlararası mübarizə var. Bu, həmişə, eləcə də sovet dövründə mövcud olub. O isə Dağıstanın özünün çoxmillətliliyindən irəli gəlir. Hazırda bu ölkədə tayfa psixologiyası daha çox öndədir. Tayfa psixologiyası öndə olduğundan Dağıstanın daxilində də belə məsələlərə bu konteksdən yanaşırlar. Məsələn, Dağıstanda hər zaman siyasi rəhbərlik uğrunda avarlarla digər etnik qruplar arasında mübarizə olub. Bu siyasi mübarizənin çevrəsində isə ona uyğun olaraq təcridetmə vasitələri çalışıb. Biz Dağıstan tarixinə baxsaq, bunu müşahidə edə bilərik. Abdullatipovun Dağıstanda yeni rəhbər olması təzə liderin özünə başqa komanda yığması ilə əlaqələndirilməlidir. Yenə də deyirəm, bu, Rusiya daxilində, Dağıstan ərazisində baş verən prosesdir. Qurban Qurbanov orada Azərbaycanı necə təmsil edə bilər? Birincisi, Azərbaycan hakimiyyətinin Qurban Qurbanova ehtiyacı yoxdur. Bu adam Rusiya vətəndaşıdır. O, vətəndaş olaraq özünün oyununu quran, siyasi ambisiyaları olan şəxsdir. Bəlkə də onun bu gün Azərbaycanla əlaqələri olan güclü şəxs kimi təqdim olunmağı daha çox lazımdır, amma Bakı üçün bu, heç bir şeydir”.

 

Politoloq Qurban Qurbanovun adının Azərbaycanla bağlanılmasının doğru olmadığını bildirib:

 

“Bizim üçün orada hər hansı azərbaycanlının siyasi hakimiyyətdə təmsil olunması ürəkaçandır. Uzun illər Mircəfər Bağırovun təqdimatı əsasında Əziz Əliyev Dağıstanda vəzifədə olub. Bu gün də dağıstanlılar Əziz Əliyevi unutmurlar. Mən özüm araşdırmışam ki, onların Əziz Əliyevə böyük hörməti var. Amma yenə də deyirəm ki, biz Rusiyadaxili məsələlərə qarışmamalıyıq. Buna qalsa, Gürcüstanda etnik azərbaycanlıların yaşadığı bütün yerlərin rəhbərləri gürcülərdir. Ona görə də bu məsələdə ehtiyatlı olmalıyıq. Hər hansı fərdin üzərində Azərbaycan boyda məmləkətin adını hallandırmaq olmaz. Biz bu təxribata uymamalıyıq. Onsuz da zaman keçir, qüvvələr nisbəti dəyişir. Ümumiyyətlə, sabahkı gün hətta Dağıstanın rəhbəri bir azərbaycanlı ola bilər. Bu, Dağıstanın özünün ictimai-siyasi mühitinin gerçəkliyindən irəli gələ, ya da ki, tayfalar arası mübarizədə özünü nəticə kimi göstərə bilər”.(Axar.az)

 

Tarix
29 Oktyabr 2014 [15:30]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin