Ana səhifə
20 Sentyabr 2018

Sahibkarlara “ASAN” lisenziyalar verilməyə başlandı

Sahib Məmmədov: «İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən lisenziyalaşdırılan fəaliyyət növlərinin sayının azaldılması istiqamətində təkliflər hazırlanır»

 Noyabrın 4-dən etibarən İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən "ASAN xidmət" mərkəzlərində sahibkarlıq fəaliyyəti üçün lisenziyaların verilməsinə başlanıb. Həmin gün 5 saylı "ASAN xidmət" mərkəzində ilk olaraq nəqliyyat sahəsi üzrə, xüsusi olaraq avtomobil nəqliyyatı ilə beynəlxalq yükdaşımalar və taksi-minik avtomobillərində sərnişindaşıma fəaliyyəti üçün lisenziyalar sahibkarlara təqdim olunub. İqtisadiyyat və Sənaye nazirinin müavini Sahib Məmmədov deyib ki, prezident İlham Əliyevin sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısının azaldılması, lisenziyaların verilməsi prosesinin sadələşdirilməsi və şəffaflığın təmin edilməsinə dair fərmanına uyğun olaraq hazırda nazirlik tərəfindən lisenziyalaşdırılan fəaliyyət növlərinin sayının azaldılması, prosedurların sadələşdirilməsi, qaydaların təkmilləşdirilməsi və şəffaflığın təmin edilməsinə dair konkret təkliflər hazırlanır. Onun sözlərinə görə, qısa müddət ərzində təkliflər aidiyyatı qurumlara təqdim olunacaq. 
“Sahibkarlara bildirmək istəyirəm ki, yeni lisenziyalaşdırılan fəaliyyət növü ilə bağlı lisenziya əldə etmək istəyən sahibkarlarımız bir müddət səbr etsinlər. Çünki, hazırda qeyd etdiyim kimi, İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən lisenziyalaşdırılan fəaliyyət növlərinin sayının azaldılması istiqamətində təkliflər hazırlanır. Ola bilsin ki, həmin fəaliyyət növləri lisenziyalaşdırılan fəaliyyət növlərinin siyahısında olmasın. Sahibkarlarımız da bu məsələ ilə bağlı xərc çəkməsinlər. bir daha müraciət edirəm ki, bir müddət sahibkarlarımız səbr etsinlər”. 
İqtisadiyyat və Sənaye Nazirliyinin sahibkarlıq inkişafı siyasəti şöbəsinin müdiri Elçin İbrahimov isə deyib ki, lisenziyaların sayının kəskin azaldılması ilə bağlı fərman müvafiq prosedurların sadələşdirilməsini və şəffaflaşdırılmasını nəzərdə tutur: “Dövlət təhlükəsizliyi halları istisna olmaqla lisenziyalar iqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən müvafiq “ASAN xidmət”lər vasitəsi ilə verilir. Həmçinin fərmanla elektron lisenziya portalının yaradılmasının  sürətləndirilməsi nəzərdə tutulub. Bunun nəticəsində lisenziyaların bilavasitə elektron resurslar vasitəsi ilə, sahibkarlıq subyektlərinin dövlət orqanlarına gəlmədən verilməsinə şərait yaradacaq. “ASAN xidmət” vasitəsi ilə təqdim olunan lisenziyalara müvafiq olaraq İqtisadiyyat və Sənaye Nazirliyində baxılacaq. Lisenziya üçün təqdim olunan sənədlərdə problem yoxdursa, lisenziyalar hazırlanacaq və “ASAN xidmət” vasitəsi ilə sahibkarlıq subyektlərinə veriləcək”.
Elçin İbrahimov qeyd edib ki, Milli Məclis tərəfindən qəbul edilən qanunda bdövlət orqanları tərəfindən sahibkarlıq subyektlərində aparılan nəzarət tədbirlərinin 2 il müddətinə  dayandırılması da həyata keçirilir. “Ümumilikdə yoxlamalar  haqqında qanuna nəzər yetirsək görərik ki, yoxlamalar planlı və plandan kənar yoxlamalar olmaqla iki hissədə keçirilir. Planlı  yoxlamalar demək olar ki, tamamilə dayandırılıb. Plandan kənar yoxlamaların təyin olunması üçün qanunda 4 hal təsbit olunub. Yəni insanların həyat və sağlamlığının dövlət təhlükəsizliyinə ziyan vura bilən hallar  aşkar olunarsa, bununla bağlı yoxlamaların keçirilməsi nəzərdə tutulur”.
Qeyd edək ki, noyabrın 2-dən etibarən lisenziyaların yenilənməsi ilə bağlı 600-dək müraciət daxil olub ki, onlardan 57-si icraata götürülüb. Qısa müddət ərzində həmin lisenziyalar sahibkarlara təqdim olunacaq.
İndi 23 dövlət qurumu tərəfindən 59 fəaliyyət növü üzrə lisenziya verilir.
Bu tədbirlərin həyata keçirilməsi dövlət başçısının Nazirlər Kabinetinin 2015-ci ilin 9 ayının (yanvar-sentyabr) yekunlarına və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş iclasında çıxışından sonra başlanıb.  Bu iclasın yekunları həm də onu göstərir ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev müəyyən geosiyasi konyunktura ilə bağlı neftin qiymətlərinin 2 dəfəyədək aşağı düşdüyü hazırkı şəraitdə qeyri-neft sektorunun əsas lokomotivi olan sahibkarlığın inkişafı üçün daha liberal və şəffaf mühitin formalaşdırılmasını vacib sayıb. Məqsəd keyfiyyətcə yeni mərhələdə sahibkarlar sinfinin inkişafına mane olan inzibati-hüquqi maneələrin aradan qaldırılması, biznes mühitinin daha da yaxşılaşdırılmasıdır. Dövlət başçısının Nazirlər Kabinetinin iclasındakı çıxışı deməyə əsas verir ki, perspektiv üçün başlıca hədəflər iş adamlarının fəaliyyətinə qanunsuz müdaxilə hallarının qarşısının alınması, onların mülkiyyət və digər konstitusion hüquqlarının qorunması, ölkədəki investisiya mühitinin sağlamlaşdırılması, əsassız yoxlamalara, inhisarçılıq meyillərinə qarşı mübarizənin gücləndirilməsi, idxal-ixrac əməliyyatlarının sadələşdirilməsi, habelə saşibkarlara göstərilən xidmətlərin elektronlaşdırılmasıdır.
«Azərbaycan Prezidenti cənab İlham Əliyev Nazirlər Kabinetinin son iclasında sahibkarlara qarşı əsassız tələblərin də yolverilməz olduğunu da vurğulamış, habelə iş adamlarının dövlət qarşısında yalnız vergi öhdəliklərinin mövcudluğunu qeyd edib: "Sahibkarlara problemlər yaradır, onlardan əsassız yerə pul tələb edirlər. Sahibkar heç kimə borclu deyil, ancaq dövlətin vergisini verməlidir, vəssalam. Sahibkarları boğurlar, soyurlar, incidirlər. Bu, dözülməz haldır... Heç kim heç kimə borclu deyil. Bu əməlləri törədənlər ciddi şəkildə cəzalandırılacaq. Onlar bu çirkin əməllərdən əl çəksinlər. Bu, ilk növbədə bizim siyasətimizə ziddir. Digər tərəfdən, bu, imkan vermir ki, iqtisadiyyatımız tam şəkildə inkişaf etsin, sahibkarlar ölkədə rahat işləsinlər".
Bank Technique” ASC-nin Müşahidə Şurasının sədri, iqtisad elmləri üzrə fəlsəfə doktoru Etibar Əliyev bildirib ki, sahibkarlığın inkişaf etdirilməsi istiqamətində bundan əvvəl də  böyük işlər görülüb: «Azərbaycan Prezidenti cənab İlham Əliyev 2005-2015-ci illərdə sahibkarlığın inkişafı, iş adamlarının fəaliyyəti üçün daha münbit şəraitin yaradılması istiqamətində kompleks tədbirlər həyata keçirmişdir. Prezident cənab İlham Əliyevin 30 aprel 2007-ci il tarixdə imzaladığı «Azərbaycan Respublikasında sahibkarlığın inkişafı ilə bağlı bəzi tədbirlər haqqında» fərman bu istiqamətdə mühüm sənədlərdən biri olub. Fərman çoxpilləli biznesə başlamaq sahəsində mövcud olan problemlərin həlli, eyni zamanda, süründürməçilik hallarının aradan qaldırılması sahəsində mühüm dəyişikliklərə yol açıb. Fərman əsasında ötən illərdə sahibkarlıq subyektlərinin «bir pəncərə» prinsipi üzrə qeydiyyat sisteminin tətbiqi, habelə bu sahədə elektron xidmətlərin genişləndirilməsi sahibkarlıq fəaliyyəti subyektlərinin qeydiyyatının dinamikasına müsbət təsir edib. Dövlət başçısının 2010-cu il aprelin 13-də imzaladığı «Sahibkarlıq sahəsində aparılan yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında» fərmanı əsasında 2011-ci il mayın 1-də «Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə» təsdiq edilmiş, bu sənəddən irəli gələn vəzifələrin icrası Ədliyyə Nazirliyinə həvalə olunmuşdur. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid reyestrinin yaradılması bu sahədə dövlət nəzarəti mexanizmlərinin təkmilləşdirilməsinə, yoxlamaların tənzimlənməsi vasitəsilə sahibkarların hüquqlarının qorunmasına, sui-istifadə hallarının qarşısının alınmasına xidmət edib.  2014-cü il martın 1-dən qüvvəyə minmiş "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanunu sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid qaydalarının müəyyən edilməsi və yoxlamaların aparılması zamanı sahibkarların fəaliyyətinə qanunsuz müdaxilələrin qarşısının alınmasına xidmət etmişdir».

 

Tarix
6 Noyabr 2015 [15:10]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin