Ana səhifə
16 Noyabr 2018

Uşaqların yeni dostu “Bil Bil”

Yetişən nəsillərin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi, estetik zövqünün formalaşdırılması və  intellektual səviyyələrinin artırılması üçün maarifləndirmə missiyasını davam etdirən Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı daha bir maraqlı layihəsi ilə balacaları sevindirir.Teatrın mətbuat xidmətindən verilən xəbərə görə, bu dəfə teatrımızın daimi tamaşaçıları, eləcə də onu tanıyıb sevəcək yeni nəsillər sənət ocağının fəaliyyətini, repertuar və yaradıcı heyətinin nümayəndələrini həm də geniş ekrandan izləmiş olacaqlar. Teatrımızın “Xəzər” televiziyası ilə birgə layihəsi olan “Bil Bil” adlı yeni uşaq verilişi artıq noyabrın 7-dən efir vasitəsilə evlərinizin qonağıdır. İdeya müəllifi və rejissoru Rövşən Nicat olan layihənin reallaşdırılmasında məqsəd uşaqlara əyləncə ilə tədrisi, tərbiyə və humanizmin təlqinini birgə göstərməkdir. Uşaqlar üçün televiziya verilişlərinin az oldu bir məqamda onlara yeni qəhrəmanlar, bir növ nümunə götürəcəyi tipajlar təqdim edən “Bil Bil”in əsas qəhrəmanı da hər şeyi bilən və uşaqlara bütün çətin situasiyalardan çıxış yolunu göstərən Bil Bil əmidir. Bundan başqa Gül-gül, Çil-çil və Mil-mil adlı yeni qəhrəmanları da uşaqlar mütəmadi bu verilişdə görmüş olacaqlar. Teatrın aktyorlar Elnur Abasquliyev, Elnur Xəlilov, Elnarə Hacıyeva, Cavid Telman və eləcə də aktyorlarla iş üzrə rejissor Qurban Məsimov və teatrın baş rəssamı İqbal Əliyev bu layihədə əsas simalardır. Yarım saatlıq  həftəlik verilişin bir fərqli cəhəti də son 15 dəqiqəsində teatrın repertuarındakı tamaşalardan hissələrin nümayişidir.
Beləcə uşaqlar həm maariflənə bilir, həm də teatrın repertuarı ilə ətraflı tanış olurlar. 

Tarix
6 Noyabr 2015 [13:16]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin