Ana səhifə
19 Sentyabr 2018

Qarabağ bölgəsində IV Azərbaycan -Türkiyə Akademik Tibb və Tarix konfransı keçirilib - FOTOLAR

Türkiyədən gəlmiş həkimlər Qarabağ bölgəsində "Beynəlxalq Qarabağ Universiteti"nin yaradılmasını təklif ediblər 

 

Azərbaycanlıların və digər Türk Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) və Türkiyə Gastreonteroloji Vakfının birgə təşkilatçılığı, Azərbaycan Mətbuat Şurasının dəstəyi ilə oktyabr ayının 24-25-də Qarabağ bölgəsində - Xocavənd qəsəbəsində "IV Azərbaycan-Türkiyə Beynəlxalq Akademik Tibb və Tarix Konfransı" keçirilib. Konfransda Bakıdan və Türkiyədən gəlmiş alim və həkimlərlə yanaşı, Bərdə, Beyləqan, Xocavənd, Füzuli, Ağdam, Tərtər, Goranboy, Naftalan və Xocalıdan olan həkimlər də iştirak ediblər. "IV Azərbaycan-Türkiyə Beynəlxalq Akademik Tibb və Tarix Konfransı"nın Qarabağda, cəbhə bölgəsində keçirilməsi elmi əhəmiyyətlə yanaşı, mühüm siyasi məna da kəsb edib. Konfrans Qarabağ bölgəsinin həkimlərinin gastreonteloji, ağciyər, böyrək xəstəlikləri və s. məsələlərlə bağlı Türkiyənin Ankara, İstanbul, İzmir və s. şəhərlərindən gəlmiş alim-uzman həkimlərlə təcrübə mübadiləsi aparmaları üçün şans yaratmaqla bərabər, gələn nüfuzlu qonaqların Respublikamızın inkişafı, bölgələrdə aparılan abadlıq-quruculuq işləri, Qarabağ bölgəsinin tarixi və adət-ənələrini öyrənmək baxımından da əhəmiyyətli olub.  Konfransın açılışında çıxış edən Xocavənd rayon icra hakimiyyəti başçısının müavini Rəfael Mustafayev belə bir tədbirin xocavəndli məcburi köçkünlərin məskunlaşdığı qəsəbədə keçirilməsinə görə ATXƏM-ə və Türkiyə Gastroenteroloji Dərnəyinə minnətdarlığını bildirib. ATXƏM-in sədri İlham İsmayılov konfransın keçirilməsində əsas məqsədin Qarabağ bölgəsinin həkimlərinin qastroentoloji, ağciyər, böyrək xəstəlikləri və səhiyyənin digər aktual məsələləri ilə bağlı Türkiyədən gəlmiş mütəxəssislərlə təcrübə mübadiləsi aparmasından ibarət olduğunu qeyd edib. Türkiyə və Azərbaycan həkimləri arasında əlaqələrin genişlənməsində, tibbi biliklərin təkmilləşdirilməsində tədbirin əhəmiyyətini yüksək qiymətləndirib. O bildirib ki, son dövrlər Azərbaycanda tibb işçilərinin ixtisaslarının artırılmasına əhəmiyyətli dərəcədə fikir verilir. "Bununla belə, həkimlərin geniş kontingentinin, xüsusən də bölgələrdə çalışan həkimlərin beynəlxalq səviyyəli iş təcrübəsi Bakı ilə müqayisədə bir qədər aşağıdır. Fərdi qaydada bölgələrdən beynəlxalq elmi-praktiki konfranslarda iştirak edənlərin sayı da çox azdır və hətta yox dərəcəsindədir. Bütün bunları nəzərə alaraq, ATXƏM Azərbaycanın bölgələrində, xüsusən Qarabağ bölgəsində çalışan tibb işçilərinin beynəlxalq təcrübə ilə tanış etmək üçün Konfransın bu ərazidə keçirilməsini məqsədə uyğun hesab edib… İnanıram ki, bu tədbirlərdən sonra da iki ölkə həkimləri arasında zəngin təcrübə mübadiləsi davam etdiriləcəkdir".

 

Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Qafar Əliyev tədbirin Qarabağda, cəbhə bölgəsində keçirilməsinin siyasi əhəmiyyət kəsb etdiyini bildirib. "Bu toplantıda əsas məqsəd Türk dünyasının ortaq problemi olan qədim Qarabağ torpağının sosial-iqtisadi həyatında elm, təhsil, mədəniyyət, tibb və digər sahələrdə əldə etdiyi nəaliyyətlərlə tanış olmaq və həmçinin də Qarabağ bölgəsində qastreonteroloji sahədə çalışan həkimlərə faydalı məsləhətlər vermək, onlarla fikir mübadiləsi aparmaqdır".

 

Türk Qastroenteroloji Dərnəyinin sədri professor Ali Özden vurğulayıb ki, mütəmadi keçirilən konfranslar Azərbaycan və Türkiyə həkimləri arasında təcrübə mübadiləsi, tibb sahəsində əməkdaşlıq üçün gözəl imkanlar yaradır. Sonra Türkiyədən və Azərbaycandan olan mütəxəssis həkimlərin məruzələri dinlənilib. Tədbirdən sonra Türkiyədən gəlmiş həkimlər Xocavənd rayon xəstəxanasında Qeyd edək ki, Xocavənd qəsəbəsində keçirilən IV Azərbaycan-Türkiyə Beynəlxalq Akademik Tibb və Tarix Konfransının ikinci günü “Qarabağ: tarixi, bu günü və problemləri” mövzusuna həsr olunub. Mətbuat Şurasının sədri Əflatun Amaşovun moderatorluğu ilə keçirilən tədbirdə əvvəlcə “Ya Qarabağ, ya ölüm” və Əli bəy Hüseynzadənin 150 illik yubileyi ilə bağlı hazırlanmış “Həqiqətin böyüyü” filmləri nümayiş olunub.

 

Tədbirdə çıxış edənlər qədim Azərbaycan torpağı olan Qarabağın zəngin tarixindən danışıblar və Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağın işğaldan tezliklə azad ediləcəyinə əminlik ifadə olunub.  Tədbirdə Türkiyədən gəlmiş alim və həkimlər bölgədə Beynəlxalq Qarabağ Universitetinin yaradılması təşəbbüsü ilə çıxış ediblər. Daha sonra qonaqlara xatirə hədiyyələri təqdim edilib.

Tarix
29 Oktyabr 2014 [15:15]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin