Ana səhifə
14 Noyabr 2018

Kukla Teatrında böyüklər üçün tamaşa

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında tam yeni və maraqlı bir tamaşanın məşqlərinə start verilib. Teatrın mətbuat xidmətindən ucnoqta.az saytına verilən xəbərə görə, bu dəfə uşaqların sevimli məkanında böyüklər üçün  tamaşa hazırlanır. İdeya müəllifi və rejissoru teatrın baş rejissoru Qurban Məsimov olan səhnə nümunəsi “Melodiya” adlanır. Bütövlükdə ailə dramı olan tamaşa həm canlı plan, həm də  cansız əşyaların hərəkətə gətirilməsindən  - zivədə asılan qadın və kişi paltarının aktyorların oyununa daxilindən ibarətdir. Beləcə bütün hekayətin məğzini daha çox iki geyim danışır. 
Müəyyən dram elementlərinin olduğu sözsüz tamaşada musiqi tərtibatı səhnə işinin əhvalına uyğun olaraq mərhum pianoçu-bəstəkar Vaqif Mustafazadənin əsərləri əsasında qurulub.
Maraqlı ideyası olan tamaşa barədə ətraflı məlumat verən baş rejissor bu nümunə ilə hər bir problemin həllində anlaşmanı və sevgini qabarıq göstərmək istədiyini deyir: “Aktyorların kuklaları olan bu geyimlər “dilə” gəlməklə  sanki böyük bir məhəbbətdən, sevgi hekayəsindən, eləcə də aralarındakı münaqişədən, küskünlükdən, hətta qopmaq, ayrılmaq həddindən danışır. Zivədən asılmış geyimləri tərpədən xəfif külək onları yenidən hərəkətə gətirir və beləcə yatmış hisslər canlanır, onlara sevgilərini, keçmiş gözəl anlarını xatırladır, sanki münasibətləri bərpa edir. Sevgi nağılından sonra zivədən həmin paltarları yığan qadın bir də uşaq geyiminə rast gəlir. Beləcə sehrli dillə qadınla kişi arasındakı problemin məhz uşaq vasitəsilə həll olunduğu və beləcə uşaqların ailələrin səadətində əsas rolu göstərilir”. 
 Həll etibarilə daha çox festivallar üçün nəzərdə tutulan tamaşanın rəssamı Rəvanə Yaqubovadır. Səhnə işində obrazları Samirə Nəcəfova və Rəhim Rəhimov canlandırırlar. 
İnsanlara məhəbbətin hər maneəni aşa biləcəyini, eləcə də uşaqların ailələrin xilasında, biri-birini qəbul etməsində əsas vasitə olduğunu göstərən 45 dəqiqəlik tamaşa noyabrın sonlarında təqdim olunacaq.


 

Tarix
4 Noyabr 2015 [15:24]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin