Ana səhifə
19 Sentyabr 2018

«Sahibkarların rahat işləməsini təmin edən bütün addımları atılır»

Fikrət Yusifov: «Sahibkarlar da bunu qiymətləndirib, yaranmış vəziyyətdən səmərəli istifadə etməlidir»
Sahibkarlığın və ümumən qeyri-neft sektorunun inkişaf etdirilməsinə yönəlmiş tədbirləri ölkə iqtisadiyyatının neftdən asılılığına son qoyulmasına ximdmət edir. Bu, asan və qısa müddət tələb edən məsələ deyil. Azərbaycanın neft sənayesinin 200 ilə yaxın tarixi var. Azərbaycan dünyada ilk dəfə olaraq açıq dənizdə neft çıxarmağa başlamış ölkədir. Yəni neft bizim əsrlər boyu formalaşmış iqtisadi sistemimizin bazasını təşkil edib və bu da təbii haldır. «İndi bəziləri deyir ki, Azərbaycan iqtisadiyyatında neft amili bir neçə ilə aradan qaldırılmalı idi. Axı bu, mümkün deyil. Neft faktoru üzərində möhkəmlənmiş iqtisadiyyatı qısa müddət ərzində şaxələndirmək olmur və bunu iddia edən adamlar ancaq cəfəngiyat danışırlar. Bu proses mərhələli şəkildə həyata keçirilməlidir və Azərbaycan da öz hədəfinə doğru sistemli və xüsusi proqramlarla “silahlanmış” şəkildə gedir. Bir daha vurğulamaq istəyirəm ki, Azərbaycanda sahibkarlığın və ümumi anlamda qeyri-neft sektorunun inkişaf etdirilməsi dövlətin əsas məqsədlərindən biridir».- “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, iqtisad elmləri doktoru, professor Fikrət Yusifov deyib. Onun sözlərinə görə, 9 ayın yekunlarına həsr olunmuş müşavirədə Prezidentin özü ölkədə sahibkarlığın inkişafına əngəl olan bütün məqamlar barədə açıq şəkildə danışıb və öz etirazını kifayət qədər sərt şəkildə ifadə edib. «Əlbəttə, sahibkarlığın inkişafının arzulanan səviyyədə olmaması ancaq subyektiv amillərlə bağlıdır. Bu sırada vəzifə səlahiyyətlərindən sui-istifadə edən yerli məmurların davranışını, şəxsi təşəbbüslərə söykənən lüzumsuz yoxlamaları, xüsusi lisenziyaların verilməsində süründürməçilik hallarını və yenə də ayrı-ayrı xırda məmurların qanunsuz yolla pul əldə etmək həvəsini göstərə bilərik ki, Prezident də məhz bu xoşagəlməz məqamlara diqqət yönəldərək onların aradan qaldırılması və sahibkarlığın yüksək səviyyədə inkişafına nail olunması üçün aidiyyatı qurumlara konkret tapşırıqlarını verdi. Elə ertəsi gün mətbuata verdiyim açıqlamada qeyd etmişdim ki, bu müşavirənin nəticəsi özünü çox gözlətməyəcək»,-. Fikrət Yusifov deyib.
O bildirib ki, lisenziya və xüsusi icazələrin verilməsi sahəsində yaranmış vəziyyətin aradan qaldırılması yolunda olduqca mühüm addım atılıb. "Prezidentin oktyabr ayının 19-da “Sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan növlərinin sayının azaldılması, xüsusi razılıq (lisenziya) verilməsi prosedurlarının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi haqqında” imzaladığı Fərman təkcə lisenziyaların və xüsusi icazələrin deyil, bütövlükdə sahibkarlığın inkişafının qarşısında əngələ çevrilmiş bütün məqamların tezliklə aradan qaldırılması yolunda inqilabi bir dönüşün başlanğıcını qoydu. Çox sadə görünən bir işin – lisenziyanın əldə edilməsinin süni çətinliklərini yaşamış sahibkarlar Prezidentin bu addımını hər kəsdən daha çox alqışlayır. Eyni zamanda, Prezident İlham Əliyev tərəfindən qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılmasını nəzərdə tutan qanun layihəsi göndərilib və heç şübhə etmirəm ki, tarixi əhəmiyyət daşıyan bu sənəd Parlamentdə tezliklə qəbul olunacaq. Bilirsiniz ki, ayrı-ayrı nazirliklər Prezidentin tapşırıqlarına uyğun olaraq islahat xatakterli tədbirlərə başlayıblar və heç şübhəniz olmasın ki, bu proses davamlı olacaq. İndi əsas məsuliyyət sahibkarların üzərinə düşəcək. Prezident onların rahat və daha böyük həvəslə işləməsini təmin edən bütün addımları atır. Dünyanın heç bir ölkəsində sahibkarlara bu qədər diqqət və qayğı göstərilmir. Odur ki, indi gərək sahibkarlar da bunu qiymətləndirib, yaranmış vəziyyətdən sui istifadə etməsinlər. Hər kəs üzərinə düşən məsuliyyəti layiqincə yerinə yetirməli və qanunla müəyyən edilmiş öhdəlikləri vaxtlı vaxtında icra etməlidirlər. Belədə həm onlar qazanacaq, həm də dövlət»,-Fikrət Yusifov deyib.
İqtisadiyyat və sənaye nazirinin müavini Sahib Məmmədov da lisenziya məsələsinə toxunub. O,  "Sahibkarlığın inkişafında yeni mərhələ: məqsədlər və imkanlar" mövzusunda keçirilən konfrans çərçivəsində tövsiyyə edib ki, lisenziyalarının etibarlılıq müddəti başa çatan sahibkarlara əlavə xərclərdən çəkinmək məqsədilə lisenziyaların yenilənmiş qısa siyahısının hazırlanmasınadək gözləsin. Sahib Məmmədov sahibkarlığın inkişafının ölkə prezidenti İlham Əliyevin diqqət mərkəzindədir və əsas məqsədlərindən biri olduğunu deyib:«Məhz cənab prezidentin qeyd etdiyi kimi, ölkəmizin inkişafı sahibkarlığın inkişafından aslıdır. Bu strateji xəttə uyğun olaraq İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən bu istiqamətdə kompleks tədbirlər həyata keçirilir. Eləcə də müxtəlif formatlarda sahibkarlarla görüşlər keçirilir. Onları maraqlandıran sullar cavablandırılır, yeniliklər barədə məlumatlar verilir. Məhz sahibkar, iş adamı üçün ən vacib məsələlərdən biri kiçik bir məsələnin həllinə sərf olunan vaxt itkisidir. Tələb olunan sənədlərin, prosedurların sayının çoxluğu və bu prosesə sərf olunan xərcin məbləğinin çoxluğu sahibkarlığın inkişafında əsas maneələrində biridir. Çünki sahibkar öz fəaliyyəti ilə məşğul olmaqdansa, öz fəaliyyətini daha da genişləndirməkdənsə, keyfiyyət göstəricisini artırmaqdansa, yeni bazarlara çıxış imkanlarını araşdırmaqdansa, bəzi sənədləşdirmə proseslərinə və sadaladığım digər məsələlərə vaxt sərf edir. Əlbəttə ki, bu da onu inkişafdan dayanmasına səbəb olur. Məhz bu məsələ beynəlxalq maliyyə qurumlarının hazırladığı hesablarda belə diqqət mərkəzində saxlanılır. Bu yaxınlarda Dünya Bankı tərəfindən dərc olunmuş “Doing Business 2016” hesabatında 189 ölkə üzrə sahibkarlığın inkişafının istiqamətləri, biznes mühitinin əlverişliliyi, biznesə başlamaq prosedurların sadəliyi qiymətləndirilmiş və eyni zamanda ölkələr arasında vəziyyət müqayisə edilmişdir. Məhz ölkə başçısını həyata keçirdiyi uğurlu iqtisadi siyasətin nəticəsində ölkəmiz bu hesabatda mövqeyini 17 pillə yaxşılaşdıraraq 80-ci yerdən 63-cü yerə yüksəlib. Bu hesabatda ölkəmizin qabağa getməsi məhz cənab prezidentin 2014-cü ildə "Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” imzaladığı fərman heasbınadır». Onun sözlərinə görə,Fərmanda biznesin qeydiyyatından başlamış, tikintiyə icazələrin alınması, elektirik şəbəkəsinə qoşulma, əmlak hüququnun qeydiyyatı, idxal-ixrac əməliyyatı, kredit resurslarına çıxış imkanları, müqavilələrin bağlanması və onların icrası istiqamətində müvafiq işlər görülməsi öz əksini tapır: « Bunun nəticəsi olaraq, ölkəmiz bu sahədə irəlilədi. Əlbəttə, ölkə başçısının sahibkarlığın inkişafına göstərdiyi diqqətin davamı olaraq bu yaxınlarda cənab prezident tərəfindən imzalanmış fərmanları və qəbul edilmiş qərarları bir daha qeyd etmək olar».
 Sahibkarlara Kömək Fondu vəkil kredit təşkilatları vasitəsilə sahibkarlıq subyektlərinin elan olunmuş əsas istiqamətlər üzrə layihələrini maliyyələşdirdiyini deyən nazir müavini bildirib ki, Fond təkcə kreditlərin verilməsi ilə kifayətlənmir, eyni zamanda sahibkarların maarifləndirilməsi istiqamətində iş aparır, eləcə də fond tərəfindən onlar üçün nümunəvi biznes planlar hazırlanır. «Bu da sahibkarlar tərəfindən yüksək qiymətləndirilir. Bəzən sahibkarlar biznes planlar hazırlamadan həmin o kreditləri əldə etmək istəyirlər. Bəzən girov məsələləri ilə bağlı suallar meydana çıxır. Bu istiqamətdə İqtisadiyyat və Sənaye Nazirliyi çevik mexanizimlərdən birini tətbiq edir, kredit ittifaqları bu mexanizimdən istifadə edir. Xüsusilə, bu kiçik həcimli kreditlərin verilməsində çox səmərəli bir mexanizimdir. Eyni zamanda Mərkəzi Bank tərəfindən özəl kredit bürolarının hazırlanması ilə bağlı qanunvericiliyə dəyişikliklər hazırlanmışdır ki, bu təsisatların yaradılması da bu girov məsələlərin həllində əhəmiyyətli bir rol oynayacaq. Bundan başqa daşınan əmlakın yüklüyünə dair qanun layihəsi beynəlxalq maliyyə korporasiyası ilə birlikdə hazırlanır. Eyni zamanda daşınan əmlakın reystirinin aparılması qaydaları ilə bağlı layihələr hazırlanır ki, bu təsisatlar da yaradıqdan sonra bu girov məsələlərin həlli istiqamətində çox böyük bir addım alacaqdır ki, bu da sahibkarların tez-tez ünvanladığı müraciətlərin həllində əhəmiyyətli rol oynayacaq».

 

Tarix
3 Noyabr 2015 [15:02]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin