Ana səhifə
17 Dekabr 2018

Plastik cərrah: "Qadınlar daha çox sinənin formasını dəyişmək istəyirlər"

“Azərbaycanda estetik əməliyyatlarla bağlı daha çox qadınlar müraciət edir”. “Ucnoqta.az” xəbər verir ki, bunu Lent.az-a açıqlamasında Mərkəzi Neftçilər Xəstəxanasında həkim-otolarinqoloqu İlyas Axundzadə bildirib. O qeyd edib ki, burun əməliyyatları üçün müraciət edənlər arasında da qadınlar üstünlük təşkil edir. “Xərçəng xəstəliyi ilə bağlı 40-60 yaş arasında olan şəxslər müraciət edirlər. Onların müraciəti boğaz xərçəngi, dəri xərçəngi və boğaz yollarının bərpası ilə bağlı olur”.

 

 

Həkim bildirib ki, travma ilə bağlı 25-40 yaş arasında olan kişilər müraciət edir. “Onların da müraciəti daha çox çənə sümüyü ilə bağlıdır”.

 

 

“Yaşlı qadınlar plastik əməliyyatla bağlı müraciət edirmi” sualına həkim belə cavab verib: “50-60 yaşlı qadınlar daha çox üz dərisinin dartılması, sallanmış süd vəzləri ilə əlaqədar müraciət edirlər”.

 

 

 

İ. Axundzadə onu da vurğulayıb ki, estetik əməliyyatlar üçün müraciətlər daha çox burnun gözəlləşdirilməsi, sinənin formasının dəyişdirilməsi (dartmaq, böyütmək, kiçiltmək ), qarın sallanması ilə bağlıdır.

 

 

Həkimin sözlərinə görə, bu ilin on ayında estetik əməliyyatlara görə müraciətlərin sayı 100-ə yaxın olub.

 

Silikonlara gəlincə, İ. Axundzadə bunları bildirib: “Azərbaycanda 20-40 yaş arasında olan qadınlar daha çox döşləri silikon etdirmək üçün müraciət edirlər. Nadir hallarda qadınlar baldırlarına da silikon qoydururlar”.

Tarix
29 Oktyabr 2014 [14:53]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin