Ana səhifə
17 Oktyabr 2018

Vilayət Eyvazovun qardaşı oğluna yeni vəzifə verildi

Azərbaycan Daxili İşlər Nazirliyində (DİN) kadr dəyişikliyi olub. “Ucnoqta.az” “Report”a istinadən xəbər verir ki, nazir general-polkovnik Ramil Usubovun əmri ilə Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Bölməsinin rəis müavini Niyaməddin Eyvazov vəzifəsindən azad olunaraq Binəqədi Rayon Polis İdarəsinin (RPİ) Cinayət Axtarış Şöbəsinə (CAŞ) rəis təyin edilib. Qeyd edək ki, polis polkovnik-leytenantı N.Eyvazov daxili işlər nazirinin müavini Vilayət Eyvazovun qardaşı oğludur. Xatırladaq ki, bir müddət əvvəl Binəqədi RPİ CAŞ-ın keçmiş rəisi, polis polkovnik-leytenantı Heydər Heydərli vəzifəsindən azad olunaraq Xətai Rayon Polis İdarəsinin rəis müavini təyin edilmişdi.

 

Tarix
29 Oktyabr 2014 [14:24]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin