Ana səhifə
17 Noyabr 2018

Fərhad Bədəlbəyli Özbəkistanda konsert proqramı ilə çıxış edib

Azərbaycan və Özbəkistanın müstəqilliyinin 23-cü ildönümü münasibətilə xalq artisti Fərhad Bədəlbəyli Özbəkistan Dövlət Konservatoriyasında konsert proqramı ilə çıxış edib. Ölkəmizin Özbəkistandakı səfirliyi və səfirliyin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə reallaşan konserti dirijor Yalçın Adıgözəlovun rəhbərliyi ilə Özbəkistan Milli Simfonik Orkestri müşayiət edib.

Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev salona toplaşanları salamlayıb, ölkələrimiz arasında mədəni sahədə əlaqələrin inkişafından danışıb. Özbəkistanın xalq artisti Zahir Xaknazarov çıxışında qeyd edib ki, ölkəsində Azərbaycan ədəbiyyatı, mədəniyyəti və incəsənəti çox sevilir. Sonra orkestr Fikrət Əmirovun "Azərbaycan kapriççiosu", Soltan Hacıbəyovun "Karvan" simfonik lövhəsi, Qara Qarayevin "Yeddi gözəl" baletindən süita ifa edib. Fərhad Bədəlbəyli isə Tofiq Quliyevin "Qaytağı"sını səsləndirib.

 

Qeyd edək ki, konsert proqramının sonunda drijor Yalçın Adıgözəlovun rəhbərliyi ilə Özbəkistan Milli Simfonik Orkestri Üzeyir Hacıbəylinin "Koroğlu" operasından uvertüranı səsləndirıb.

Tarix
29 Oktyabr 2014 [19:07]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin