Ana səhifə
21 Noyabr 2018

Kiçik və orta sahibkarlığa daha çox üstünlük veriləcək

 Musa Quliyev: “Prezidentin islahatları iqtisadiyyatın yeni dövrünün inkişafına təməl yaradır” 

Son vaxtlar hökumətin sahibkarlığa dəstək olmaq təşəbbüsü təqdirəlayiqdir. Dünyada iqtisadi böhranın davam etdiyi bir vaxtda bu istiqamətdə atılan addımlar  ölkə iqtisadiyyatının inkişafına təkan verəcək. « Şübhəsiz ki, maliyyə böhranı Azərbaycan iqtisadiyyatına da təsir edir. Neftin qiymətinin aşağı düşməsi Azərbaycan iqtisadiyyatının inkişafının davam etdirilməsi üçün əlavə potensiallar axtarmağa və yeni iqtisadi modeldən istifadə etməyə zərurət yaradır»,- millət vəkili Musa Quliyev deyib. O, Prezident İlham Əliyevin son dövrlərdə çıxışlarının, çağırışlarının, imzaladığı sərəncam və fərmanların məhz qeyri-neft sektorunun inkişafına xidmət etdiyini qeyd edib.
Bildirib ki, kiçik və orta sahibkarlığa daha çox üstünlük verməklə əhalinin məşğulluğunu təmin etmək, yoxsulluq vəziyyətini daha da azaltmaq, pul gəlirlərini artırmaq və ümumilikdə ölkə iqtisadiyyatını inkişaf etdirmək nəzərdə tutulub: “Prezident İlham Əliyevin son müşavirələrdə söylədiyi kimi, Azərbaycanda korrupsiyanın kökünün kəsilməsi, manapoliyanın tamamilə aradan qaldırılması üçün qanunların qəbul olunması, fərman və sərəncamlar çox vacib idi. Sahibkarlıq fəaliyyətində yoxlamaların iki il müddətində dayandırılması kiçik və orta sahibkarlığın inkişafına böyük dəstək verəcək”.
Deputat g.mürük rüsumları və digər yeniliklər barədə də danışıb: “Xaricdən on min manatadək malların rüsumsuz gətirilməsi və digər ömrük qaydalarının daha da liberallaşdırılması, vergilərdə daha da liberal münasibətin yaradılması, İqtisadi İnkişaf Nazirliyinin xətti ilə Sahibkarlara Dəstək Fondunun imkanlarından daha geniş şəkildə yararlanılması, sahibkarların işinə qeyri-qanuni müdaxilə olarsa, ölkə rəhbərliyinə müraciət etmələri üçün cənab Prezidentin çağırışı çox önəmlidir. Dövlət başçısının bu istiqamətdə həyata keçirdiyi islahatlar Azərbaycan iqtisadiyyatının yeni dövrünün inkişafına təməl yaradır. Bu, hüquqi və siyasi islahatların davamıdır. Azərbaycanda  sahibkarlığın inkişafı, vətəndaş-məmur münasibəti, elektron hökumətin qurulması sahəsində də Prezidentin verdiyi göstərişlərin böyük əhəmiyyəti olacaq. Növbəti ildə bunu əyani şəkildə öz həyatımızda görəcəyik”.
Millət vəkili vurğulayıb ki, 2016-cı ilin dövlət büdcəsində müəyyən qədər azalma olsa da, sosial proqramların tam maliyyələşdirilməsi, əhalinin sosial müdafiəsi sahəsində artımların olması, gələcəyə yönələn qeyri-neft sektorunun inkişafı gələn illərdə ümumidaxili məhsulun və dövlət büdcəsininin daha da artmasına şərait yaradacaq və əhalinin sosial rifahını təmin edəcək.
«Prezident İlham Əliyevin gömrük sahəsində bəzi yoxlamaların sadələşdirilməsi haqqında imzaladığı fərman ölkə vətəndaşları qarşısında geniş imkanlar açacaq». Bunu isə Milli Məclisin deputatı Astan Şahverdiyev deyib. A.Şahverdiyev qeyd edib ki, Prezident İlham Əliyev tərəfindən həyata keçirilən islahatlar əhalinin rifah halının yüksəlməsinə xidmət edir: “Bu, son günlərdə cənab Prezident tərəfindən əhalinin maddi təminatını yüksəltmək məqsədilə atılan ikinci addımdır. Bundan öncə dövlət başçısının Milli Məclisə təqdim etdiyi qanun layihəsinə uyğun olaraq, Azərbaycanda sahibkarlar üzərində yoxlamalar iki il müddətinə dayandırılır. Ardınca isə gömrük sahəsində yoxlamaların sadələşdirilməsi ilə bağlı fərman verildi. Bütün bunlar ölkə vətəndaşlarının həyat şəraitinin yaxşılaşdırılmasına xidmət edir”.
Millət vəkili vurğulayıb ki, bu qərarlar ölkəmizin daha da inkişafına təkan verəcək. Bunlar isə göstərir ki, sahibkarlığın inkişafına qarşı süni maneələrin yaradılmasını aradan qaldırmaq üçün daha geniş addımlar atılacaq. Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü, millət vəkili Fuad Muradov isə qeyd edib ki, sahibkarların tez-tez yoxlanılması bir çox məsələlərə mənfi təsirini göstərir: “Bəzi yoxlama qurumlarının orta və kiçik sahibkarlığa maneələr törətməsi dövlət büdcəsinə, insanların gündəlik həyatına təsirsiz ötüşmür. Bu cür yoxlamalar iş yerlərinin bağlanmasına gətirib çıxarır. Bu gün ən vacib məsələlərdən biri kiçik və orta sahibkarlığa dəstəkdir. Ona görə də Prezident İlham Əliyev bu istiqamətdə çox ciddi tapşırıqlar verdi və inanıram ki, müvafiq sturkturlar bundan çox ciddi nəticə çıxaracaqlar”.
Prezident İlham Əliyevin bütün çıxışlarında daima xalqı narahat edən məsələlərə xüsusi diqqət ayırdığını vurğulayan millət vəkili qeyd edib ki, dövlət başçısı Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda da cəmiyyətə mənfi təsir edən hadisələrdən danışdı, korrupsiya və rüşvətxorluğa qarşı tövsiyyələrini verdi: "Prezidentin təşəbbüsü ilə fəaliyyətə başlamış “ASAN Xidmət”in rüşvətxorluğa qarşı mübarizədə xüsusi yeri və çəkisi var. İnsanlara gündəlik həyatlarında lazım olan - normativ aktları özündə əks etdirən sənədlərin verilməsi sadə şəkildə həyata keçirilməlidir. Korrupsiya və rüşvətxorluğa qarşı əsas metodlardan biri prosesin sadələşdirilməsidir. “ASAN Xidmət” bunun bariz nümunəsidir”.
 Qeyd edək ki, sahibkarlığın inkişafı istiqamətində son vaxtlar atılan maddımlar tikinti sektorunda  fəaliyyət göstərən sahibkarların işində də canlanma yaradacaq. “Bina tikintisi fəaliyyəti ilə məşğul olan sahibkarlara sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququnun verilməsi çox vacib, əhəmiyyətli günün tələbləri səviyyəsində olan məsələdir”. Bu barədə vergilər naziri Fazil Məmmədov Milli Məclisin İqtisadi-siyasət komitəsinin iclasında “Vergilər Məcəlləsinə dəyişikliklər edilməsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib. O qeyd edib ki, Vergi Məcəlləsinin qüvvədə olan müddəalarına əsasən mənzil tikintisi ilə məşğul olan sahibkarlar təməl işlərinə başlanılmış binaların sahələrinə görə sadələşdirilmiş vergi və təqdim etdikləri tikinti sahələrinə görə əlavə dəyər vergisi ödəyirlər. “Qanun layihəsində bina tikintisi ilə məşğul olan şəxslərə sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququnun verilməsi nəzərdə tutulur ki, həmin vergini ödəyən hüquqi şəxslər əlavə dəyər vergisinin, mənfəət vergisinin və əmlak vergisinin, fiziki şəxslər isə əlavə dəyər vergisinin və gəlir vergisinin ödənilməsindən azad edilirlər. Layihəyə əsasən həmin fəaliyyətlə məşğul olan şəxslər tikilən binanın yaşayış və qeyri-yaşayış sahələrinin hər kvadratmetri üçün 45 manat zona əmsalları tətbiq edilməklə sadələşdirilmiş vergini hesablayıb dövlət büdcəsinə ödəyəcəklər. Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər sadələşdirilmiş vergi ödəyicisi olmaq hüquqlarını istifadə etmədikləri halda təməl işlərinə başlanılmış binaların və təqdim edilmiş tikinti sahələrindən asılı olmayaraq əlavə dəyər vergisi ödəyicisi kimi qeydiyyata alınırlar. Bu halda təqdim edilmiş yaşayış və qeyri-yaşayış sahələrinə görə əlavə dəyər vergisi və maliyyə nəticələrindən asılı olaraq vergi ilinin yekunlarına görə mənfəət vergisi ödənilir. Nəticədə tikintisi başa çatmamış binalar üzrə sadələşdirilmiş vergi ödənilmədiyindən maliyyə vəsaiti vergi ödəyicisinin sərəncamında qalmaqla bu sektorun inkişafına müsbət təsir göstərəcək”.
Nazir həmçinin bildirib ki, qanun layihəsində daşınmaz əmlakın təqdim edilməsindən əldə edilən gəlirlərdən notariuslar tərəfindən ödəmə mənbəyində sadələşdirilmiş verginin tutulması da nəzərdə tutulub: “Məlum olduğu kimi, Vergilər Məcəlləsinin qüvvədə olan müddəasına əsasən mənzillərin və digər daşınmaz əmlakların təqdim edilməsindən əldə olunan gəlir vergiyə cəlb olunur. Təqdim edilən belə daşınmaz əmlakların alınmasına, tikilməsinə, təmirinə çəkilən xərclər təsdiq edilən sənədlərin bir çox hallarda olmaması bui gəlirlərdən vergi tutulmasında çətinlik yaradırdı. Qeyd edilənləri nəzərə alaraq mülkiyyətində olan, o cümlədən bina tikintisi fəaliyyəti ilə məşğul olan sahibkarlardan satın alınan yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edən şəxslərin sadələşdirilmiş vergi ödəyicilərinə aid edilməsi bu sahələrin təqdim edilməsi, satılması üzrə müqavilələri təsdiq edən notariuslar tərəfindən ödəmə mənbəyində sadələşdirilmiş verginin tutulması və müvafiq bəyannamənin vergi orqanına təqdim edilməsi ilə bağlı müddəalar qanun layihəsinə daxil edilib. Həmin dəyişiklər mənzillərin və digər daşınmaz əmlakın təqdim edilməsindən gəlir əldə edən şəxslərin vergi uçotuna alınması və onlar tərəfindən bəyannamələrin vergi orqanına təqdim edilməsini aradan qaldırmaqla inzibatçılığı sadələşdirir. Bununla yanaşı qanun layihəsi ilə fiziki şəxslərin azı 5 il ərzində yaşayış yeri üzrə qeydiyyatda olduğu yaşayış sahələrinin təqdim edilməsinin ödəmə mənbəyində vergidən azad edilməsi nəzərdə tutulur. Yəni 5 il müddətində yaşadığı evdə qeydiyyatdadırsa həmin ev satıldıqda ondan heç bir vergi tutulmayacaq.

 

Tarix
29 Oktyabr 2015 [18:33]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin