Ana səhifə
22 Oktyabr 2018

Ağdamda canavarı diri tutdular - FOTOLAR

Ağdamın Mirəşelli kəndində canavar yaşayış evinə hücum edib. “Ucnoqta.az” xəbər verir ki, APA-nın Qarabağ bürosunun xəbərinə görə, kənd sakinlərindən biri  yolda qarşısına çıxan yırtıcını avtomobillə vurmaq istəyib. Amma vəhşi heyvan yaxınlıqdakı həyətlərdən birinə soxulub. Bu məqamda həyətə çıxan ev sahibi canavarın tövləyə girmək istədiyini görüb. Yırtıcının hücumuna məruz qalan Şükran Əliyev qonşularla birgə canavarı yaralayaraq tutub.

 

 

Xatırladaq ki, hər il payız-qış aylarında fərdi təsərrüfatlara, ev heyvanlarına çoxsaylı yırtıcı hücumları baş verir. Təmas xəttinə yaxın ərazilərdə yerləşən yaşayış məntəqələrində isə bu cür hallar tez-tez təkrarlanır. Ermənilərin nəzarəti altında olan ərazilərdə çoxalan vəhşi heyvanlar qidalanmaq üçün yaşayış olan kəndlərə hücum edir.

Tarix
29 Oktyabr 2014 [12:47]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin