Ana səhifə
19 Fevral 2018

Mətbuat Şurasında rusiyalı jurnalistlərlə görüş keçirilib

Rusiyanın aparıcı kütləvi informasiya vasitələrinin ölkəmizdə işgüzar səfərdə olan bir qrupu Azərbaycan Mətbuat Şurasında olub. MŞ sədrinin müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu qonaqları salamlayaraq onlara Şuranın strukturu və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib.
U.Rəhimoğlu bildirib ki, 15 mart 2003-cü ildə ölkə jurnalistlərinin I qurultayında yaradılan Mətbuat Şurasının əsas missiyası media-hakimiyyət, media-ictimaiyyət münasibətlərinin tənzimlənməsindən ibarətdir. Bu xüsusda müxtəlif vəzifəli, peşəli insanların, dövlət qurumlarının və ictimai təşkilatların təmsilçilərinin media ilə əlaqədar müraciətləri araşdırılır. Hər il yüzlərlə şikayət həllini tapır ki, nəticədə jurnalistlərin məhkəmə prosesləri ilə üzləşmələri halları minimuma enir. 
Sədr müavini Mətbuat Şurasının geniş beynəlxalq əlaqələrindən, bir sıra mötəbər tədbirlərə ev sahibliyindən söhbət açarkən qurumun postsovet  məkanında model kimi qəbuluna da diqqəti çəkib. O, Şuranın tədbirlər planında seçkilərin işıqlandırılmasında KİV-lərinin fəal iştirakı məsələlərinə də önəm verildiyini vurğulayıb. Bu mövzudakı toplantıların fəal diskussiyalar şəraitində, əməli təkliflərin irəli sürülməsi ilə yadda qaldığını deyib.
Sonra qonaqların medianın parlament seçkilərini işıqlandırmasına yaradılan şəraitlə bağlı sualları cavablandırılıb. Görüşdə həmçinin KİV-lərimizin maddi-texniki  bazasının inkişafı, jurnalistlərin həyat şəraitinin yaxşılaşdırılması, Mətbuat Şurasının fəaliyyətinin spesifik tərəfləri ətrafında da müzakirələr gedib.     

 

Tarix
28 Oktyabr 2015 [15:32]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ