Ana səhifə
17 Noyabr 2018

İlham Əliyevin Bakıda keçirilən Gənclər Siyasəti üzrə I Qlobal Forumda ÇIXIŞI

Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən Gənclər Siyasəti üzrə I Qlobal Forumda iştirak edib.

 

 

Ucnoqta.az xəbər verir ki, Trend-in məlumatına görə, Prezident forumda çıxış edib. Forumda çıxış edərkən president deyib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli beynəlxalq təşkilatların qərar və qətnamələrinə əsaslanmalı, xüsusilə BMT Təhlükəsizlik Şurasının qətnamələri yerinə yetirilməlidir. 

Dövlət başçısının sözlərinə görə, analoji qərarlar Azərbaycanın ərazi bütövlüyünü tam şəkildə dəstəkləyən ATƏT, Avropa Parlamenti, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı tərəfindən qəbul edilir: “Biz görürük ki, bəzi hallarda qətnamələr bir neçə gün ərzində yerinə yetirilir. Bizimlə bağlı qətnamələr isə 20 ildən artıqdır ki, hələ də kağız üzərində qalır”.

İlham Əliyev qeyd edib ki, münaqişənin həllinin beynəlxalq hüquq normalarına və Azərbaycanın ərazi bütövlüyü prinsipinə əsaslanması üçün daha səylə işləmək lazımdır.

Dövlət başçısı əmin olduğunu bildirib ki, Azərbaycan vətəndaşları Dağlıq Qarabağda və işğal olunmuş ərazilərdəki doğma yurdlarına qayıdacaqlar: “Beynəlxalq ictimaiyyət tərəfindən bizə yalnız bu məsələdə güclü dəstək verilmir. Bunun ən yaxşı göstəricisi Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi oldu və biz iki il ərzində - 2012-2013-cü illərdə Şuranın üzvü olduq. Biz beynəlxalq ictimaiyyətin mütləq əksəriyyəti tərəfindən seçildik, 155 ölkə Azərbaycana səs verdi. Bu, ona görə bizim üçün xüsusilə vacibdir ki, Azərbaycan müstəqilliyinin cəmi 20 ili ərzində beynəlxalq birliyin üzvü oldu və biz 155 ölkənin belə güclü dəstəyinə nail ola bildik”.

 

Tarix
29 Oktyabr 2014 [12:14]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin