Ana səhifə
24 Sentyabr 2018

«Biz artıq xammal yox, hazır məhsul ixrac edəcəyik»

Kiçik və orta sahibkarlar üçün də çox böyük imkanlar yaradılacaq
 Azərbaycan iqtisadiyyatında önəmli yer tudan sənaye müəssisələri  tikilir və  mövcud olanlar yenidən qurulur.  Belə müəssisələrdən biri də Sumqayıtda “Azərikimya” İstehsalat Birliyinin etilen-polietilen zavodudur. Zavodun yeni yeni qurğuları Prezident İlham Əliyevin iştirakı ilə işə salınıb. 1994-cü ildə “EP-300” və “Polimer-120” qurğularının əsasında yaradılmış etilen-polietilen zavodunun adı yeni bir müəssisə kimi ölkəmizin sənaye xəritəsinə yazılıb. Son beş ildə zavodun enerji sistemində aparılan əsaslı təmir və yenidənqurma işləri nəticəsində istehsalatın elektrik enerjisi ilə fasiləsiz və etibarlı təchizatına imkan yaranıb, elektrik enerjisi, buxar və qaz itkilərinin qarşısı alınıb. Bu isə istehsal edilən əmtəəlik məhsullarda enerji daşıyıcılarının xüsusi çəkisinin əhəmiyyətli dərəcədə azalması və maya dəyərinin minimuma enməsinə səbəb olub. Bu il zavodun istehsalata və keyfiyyətə nəzarət, həmçinin sənaye-sanitar sahələrini özündə birləşdirən və müasir cihazlarla təchiz edilən yeni laboratoriyası da əsaslı təmir olunub. 2013-cü ildə istismara verilən azot-oksigen kompleksi zavodun və təmir-tikinti idarəsinin azot - oksigenə olan tələbatını tam həcmdə ödəməyə imkan yaradıb. 1987-ci ildən istismar olunan köhnə qurğunun əvəzində yeni azot-oksigen kompleksində innovasiyalı texnologiyaların tətbiqi sayəsində minimum enerji sərfiyyatına malik müasir avadanlıq quraşdırılıb. Yeni kompleksin bütün sistemləri avtomatik idarə edilir. Prezident İlham Əliyevin 2010-cu ildə imzaladığı “Neft-kimya sənayesində idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi haqqında” Sərəncamına əsasən “Azərikimya” Dövlət Şirkəti SOCAR-ın tabeliyinə verildikdən, “Azərikimya” İstehsalat Birliyi yaradıldıqdan sonra əsas hədəflərdən biri də bu sahədə fəaliyyətin gücləndirilməsi, neft-qaz emalı və neft-kimya sənayesinin səmərəliliyinin yüksəldilməsi, məhsulların rəqabət qabiliyyətinin artırılması oldu. İllik layihə gücü 87.600 ton olan qurğunun istismara verilməsi nəticəsində məqsədli məhsul olan propilenin digər məhsullara çevrilməsinin qarşısı alınacaq. 2013-cü ildə istismara verilmiş müasir tipli susoyutma qurğusu zavodda innovasiyalı texnologiyalar əsasında yaradılaraq ümumilikdə kompleksin dayanıqlı və səmərəli işini təmin edib. Yeni qurğunun enerji sərfiyyatı köhnə qurğuya nisbətən daha aşağıdır. Bu da zavodun ümumi enerji sərfiyyatının azaldılması prosesinə müsbət töhfəsini verir. Zavodda istismara verilmiş yeni qurğulardan biri də mütləqləşdirilmiş izopropil spirti sahəsidir. 2010-cu ildən başlayaraq “Azərikimya” İstehsalat Birliyində zəhərli və zərərli, müasir standartlara cavab verməyən, iqtisadi cəhətdən qeyri-səmərəli və əsasən, ətraf mühitin ekologiyasına mənfi təsir göstərən istehsalatlar sökülərək yenidən qurulub. Çirklənmiş ərazilərdən külli miqdarda zəhərli maddə və kimyəvi tullantı utilləşdirilib. Təmizlənmiş ərazilərdə müasir tipli, ekoloji normalara uyğun yeni istehsal sahələrinin tikintisi aparılır.
Ulu öndər Heydər Əliyev 1998-ci ildə Yaponiyaya səfəri zamanı müstəqil Azərbaycanın tarixində ilk dəfə buxar-generator kompleksinin alınmasına nail oldu ki, bu da ölkənin neft-kimya sənayesinin inkişafı tarixinə dahi rəhbərin ən böyük xidmətlərindən biri kimi yazıldı. Ümummilli Lider 1999-cu ildə bu kompleksin təməlqoyma mərasimində, 2001-ci ildə isə açılışında iştirak edib. Bu kompleks nəinki kimya sənayesini tənəzzüldən xilas etdi, hətta “Azərikimya”nın bu günü üçün etibarlı enerji təminatının yaradılmasında mühüm vasitə olub. Diqqəti cəlb edən layihələrdən biri də gündəlik gücü 2600 kubmetr olan yeni istehsalat tullantı sularının təmizlənməsi qurğusunun tikintisidir. 2016-cı ildə istifadəyə veriləcək bu qurğunun inşa edilməsinin əsas məqsədı Xəzər dənizinə atılan suların maksimal təmizlik həddinin təmin edilməsi və təmizlənmiş suyun irriqasiya məqsədlərində istifadə olunmasıdır. Etilen-polietilen zavodudunun açılışında  çıxış edən Prezident İlham Əliyev deyib: “Sumqayıt şəhərində əlamətdar bir gündür, yeni qurğular istifadəyə verilir. Eyni zamanda, kimyaçıları yubiley münasibətilə təbrik etmək istəyirəm. Biz bu il kimya sənayesinin 70 illik yubileyini qeyd edirik. Kimya sənayesinin çox böyük ənənələri, böyük tarixi var. Bu gün isə kimya sənayesi yeni dövrə qədəm qoyur. Bu, müasir, yeni texnologiyalar dövrüdür. Çox şadam ki, son vaxtlar bu ərazidə görülən işlər ən yüksək standartlara cavab verir. Sumqayıt kimyaçılar şəhəri kimi salınmışdır. Bu gün Sumqayıt Azərbaycanın böyük sənaye mərkəzinə çevrilibdir. Bu gün Sumqayıtda yeni müəssisələr, güclü sənaye potensialı yaradılır, iş yerləri açılır. Bu gün bir yeni zavodun açılışında, bir böyük zavodun təməlqoyma mərasimində iştirak etmişəm. Hər iki zavod Azərbaycanın sənaye potensialının inkişafı üçün çox böyük əhəmiyyətə malikdir”.
Dövlət başçısı deyib ki, “SOCAR Polymer” zavoduna 750 milyon dollar sərmayə qoyulacaqdır və bu sərmayə öz növbəsində, yeni iş yerlərinin açılmasına, yeni sənaye sahələrinin yaradılmasına gətirib çıxaracaqdır: “Bu, çox böyük investisiya layihəsidir və əminəm ki, vaxtında icra ediləcək. Beləliklə, Azərbaycanda çox güclü sənaye potensialının inkişaf etdirilməsində növbəti önəmli addım atılacaqdır. Eyni zamanda, bu gün hidrotexniki avadanlıqlar zavodunun açılışını qeyd etdik. Bütün bu işlər Sumqayıt Kimya Sənaye Parkında görülür. Bir neçə il bundan əvvəl mənim Sərəncamımla Sumqayıtda Kimya Sənaye Parkının yaradılması haqqında işlər görülməyə başlanmışdır. Bu gün artıq biz bu işlərin birinci nəticələrini görürük. Əminəm ki, Sumqayıt Kimya Sənaye Parkı bir neçə ildən sonra tam gücü ilə işləyəcək. Parkın ərazisi tamamilə təmizlənib. Parkda artıq ilk müəssisələr yaradılır. Növbəti illərdə həm daxili, həm xarici investisiyalar hesabına milyardlarla dollar həcmində sərmayələr qoyulacaq. Artıq 1 milyard dollardan çox məbləğin qoyuluşu nəzərdə tutulur və bu da ölkəmizin ümumi inkişafını göstərir. Çünki həm xarici, həm yerli investorlar ölkəmizin gələcəyinə inanırlar. İnanırlar ki, Azərbaycan bundan sonra da inkişaf yolu ilə gedəcək. Kimya sənayesi, müasir texnologiyalar, qeyri-neft sektorunun inkişafı ölkə iqtisadiyyatını irəliyə aparacaq əsas amillərdir. Ölkə iqtisadiyyatı isə ilk növbədə, sənaye istehsalından asılıdır və şadam ki, bu gün Azərbaycanda yaradılan müasir müəssisələr ən yüksək standartlara cavab verir. Bizim siyasətimiz bundan ibarətdir. Sənayeləşmə siyasətinin aparılması üçün bizdə güclü iradə var. Eyni zamanda, burada yaradılan və yaradılacaq şəraitdən özəl qurumlar da istifadə edəcəklər. Çünki biz artıq xammal yox, hazır məhsul ixrac edəcəyik. Kiçik və orta sahibkarlar üçün də çox böyük imkanlar yaradılacaq. O məhsullar ki bu günə qədər idxal edilirdi, artıq Azərbaycanda istehsal olunacaq və bütün bu işləri görmək üçün çox böyük tədbirlər planı icra edilir. İlk növbədə, Azərbaycanda investisiya iqlimi müsbətdir, digər tərəfdən, dövlət vəsaiti qoyulur, özəl sektor da bu işlərdə fəal iştirak edir”.
(ARDI VAR0

 

Tarix
26 Oktyabr 2015 [12:36]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin