Ana səhifə
15 Noyabr 2018

Azərbaycanlı deputat həbs edildi

Rusiyanın Komi Respublikasının Dövlət Şurasının deputatı Akif Sayadov həbs olunub.

 

Ucnoqta.az xəbər verir ki, APA-nın Rusiya mətbuatına istinadən xəbərinə görə, bu barədə Rusiya Federasiyası İstintaq Komitəsinin Komi Respublikası üzrə İstintaq İdarəsi məlumat yayıb.

Komi parlamentindən bildirilib ki, yerli deputatlar toxunulmazlığa malik olmadığı üçün bu cür həbslər təəccüb doğurmamalıdır.

A.Sayadov bir sıra iqtisadi cinayətlərdə və beynəlxalq terrorçuluğu maliyyələşdirməkdə ittiham olunur. Ümumrusiya Azərbaycanlıları Konqresinin Komi bölməsi ittihamları cəfəngiyat adlandırıb.

Qeyd edək ki, 63 yaşlı A.Sayadov “Uxtaneftqazgeologiya” ASC-nin baş direktorudur. O, Azərbaycanda - Naxçıvan MR-in Culfa rayonunda anadan olub. 1974-cü ildə Azərbaycan Neft-Kimya İnstitutunu (indiki Dövlət Neft Akademiyasını) kimyaçı-texnoloq ixtisası üzrə bitirib. 1990-cı ildə “Uxtaneftqazgeologiya” ASC-nin istehsalat-texniki təchizat idarəsinə rəhbərlik etmək üçün Komiyə dəvət olunub. 2006-cı ilin martında “İntaneft” QSC-nin əvvəlcə baş, sonra isə icraedici direktoru təyin edilib. 2008-ci ilin yanvar-may aylarında “Geotex Menecment” holdinqdə biznesin inkişafı üzrə direktor işlədikdən sonra yenidən “Uxtaneftqazgeologiya” ASC-yə qayıdıb. 2011-ci ilin martında Komi Respublikasının Dövlət Şurasının deputatı seçilib. Hakim “Vahid Rusiya” fraksiyasının üzvüdür.

 

 

Tarix
29 Oktyabr 2014 [11:41]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin