Ana səhifə
10 Dekabr 2018

Yeni bulvar salınır +Fotolar

Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında müəyyən edilmiş tədbirlərə uyğun olaraq fevral ayında Astara şəhərində dənizkənarı bulvarın tikintisinə başlanılıb.
 

Ucnoqta.az xəbər verir ki, AZərTAc-ın məlumatına görə, 8 hektar ərazidə salınan park-bulvarın tikintisi üçün 250 min kubmetrə yaxın torpaq daşınıb, sahilboyu 600 metr məsafədə mühafizə bəndi, gəzinti yeri, istirahət meydanı betonlanıb. Bununla yanaşı, 7 min kvadratmetr travertin materialı düzülüb, sahil boyu paslanmayan borudan 600 metr məhəccər qurulub, müasir işıqlandırılma sistemi quraşdırılıb.
Ərazidə 150-dən çox ağac əkilib, suvarma sistemi quraşdırılıb, fəvvarə inşa edilib. Hazırda daha iki şəlalənin tikintisi və uşaqların istirahəti üçün attraksionların quraşdırılması işləri davam etdirilir.
Bulvar ərazisində əyləncə mərkəzinin, 1200 nəfərlik amfiteatr, çay evi və kafenin, mini-futbol və voleybol meydançalarının tikintisi də nəzərdə tutulub.
Rayona gələn turistlərin və qonaqların istirahətinin maraqlı və mənalı keçməsi üçün bulvara yaxın ərazidə “Astara AAAF Park” kompleksi salınıb, burada mövcud bina yenidən qurularaq üçmərtəbəli hotel və ona yanaşı 12 ədəd ikimərtəbəli kottec inşa edilir.
Rayon sakinlərinin əsl istirahət yerinə çevriləcək dənizkənarı bulvarda tikinti-quraşdırma işləri sürətlə davam etdirilir.

Tarix
29 Oktyabr 2014 [11:02]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin