Ana səhifə
22 Sentyabr 2018

Yük avtomobili minik maşını ilə toqquşdu- ata və oğul yaralandı

Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi yolunun Siyəzən rayonu ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib. 

Ucnoqta.az xəbər verir ki, “KamAZ” markalı yük maşını qarşıda hərəkətdə olan Quba rayonu Hacıhüseynli kənd sakini, 1983-cü il təvəllüdlü Həsənov Səməd Qasımağa oğlunun idarə etdiyi “VAZ 2107” markalı minik avtomobilini vurub.

Qəza nəticəsində minik maşını yoldan çıxaraq aşıb. Sürücü və onun 5 yaşlı oğlu Həsən Həsənov müxtəlif bədən xəsarətləri alaraq Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib.

Azyaşlıya sağ bud sümüyünün sınığı, sürücüyə isə 4-5-ci qabırğaların qapalı sınığı diaqnozu qoyulub.

Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin istintaq və təhqiqat şöbəsində araşdırmalar davam etdirilir.(APA) 

Tarix
29 Oktyabr 2014 [10:52]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin