Ana səhifə
26 Sentyabr 2018

Prezidentin bacısından təbrik mesajı

Azərbaycan Prezidenti İlham Əliyevin bacısı Sevil Əliyeva Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib. Modern.az aytının xəbərinə görə, Sevil xanım bayram təbrikini Facebook sosial şəbəkəsində belə yazıb:

 

“Uca Rəbbimizə şükürlər olsun ki, daha bir mübarək Qurban bayramına qovuşduk, əziz soydaşlarım. İslam aləminin bu mübarək bayramı münasibətilə sizə və sevdiklərinizə can sağlığı, uzun ömür, uğurlar diləyirəm!”.

 

Modern.az-ın məlumatına görə, Sevil Əliyeva uzun illərdir övladları ilə birgə Londonda yaşayır. O, Tarix elmləri namizədidir. 1981-1986-cı illərdə SSRİ Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun elmi əməkdaşı olub. Bir qızı, iki oğlu var.

 

1986-cı ildən musiqi sahəsində fəaliyyətini davam etdirən S.Əliyeva bir sıra mahnıların, o cümlədən anası, mərhum akademik Zərifə Əliyevaya həsr etdiyi “Ana” elegiyasının müəllifidir. O, həm də “Space” Televiziyasının qurucusudur.

S.Əliyeva “Sevil" Qadınlar Məclisinin sədri, "SOS" Uşaq Kəndləri - Azərbaycan Assosiasiyasının fəxri prezidentidir.

Tarix
5 Oktyabr 2014 [23:44]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin