Ana səhifə
21 Noyabr 2018

Sahibkarlıq fəaliyyətinə müdaxilələrin qarşısı alınır

 2015-ci ildə sahibkarlara 170 milyon dollar kredit verilib

Bu il sahibkarlara 170 milyon manatdan çox güzəştli kredit verilib. İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair növbəti işgüzar forumu oktyabrın 22-də Tovuz rayonunun Qovlar şəhərində keçirib. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, işgüzar forumda sahibkarlara güzəştli kreditlərin alınması mexanizmi barədə ətraflı məlumat verilib, Tovuzda həyata keçirilməsi məqsədəuyğun hesab olunan nümunəvi layihələr təqdim edilib, sahibkarların investisiya layihələri maliyyələşdirilib. 80-ə yaxın sahibkarın iştirak etdiyi forumda Tovuz rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan iri fermer təsərrüfatının, müasir heyvandarlıq kompleksinin, cins heyvandarlıq, kartofçuluq və yüksək məhsuldar kartof toxumçuluğu, istixana və intensiv üzümçülük təsərrüfatlarının, meyvəqurutma, şirniyyat məhsulları, plastik qapı-pəncərə istehsalı müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100 faizədək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb. Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev qeyd edib ki, 2015-ci ilin ötən dövrü ərzində 4500-ə yaxın sahibkara 170,4 milyon manat güzəştli kredit verilib. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 10 500-ə yaxın yeni iş yerinin yaradılmasına imkan yaradır. Qeyd edilib ki, ümumilikdə indiyədək Gəncə-Qazax iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 5640-dan çox investisiya layihəsinin maliyyələşdirilməsinə 210,3 milyon manatdan çox güzəştli kredit verilib, digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan logistik mərkəzlərin, taxıl anbarlarının, quşçuluq fabrikinin, cins iri buynuzlu heyvandarlıq kompleksinin, çörək zavodlarının, meyvə-tərəvəz, ət, süd emalı, tikinti materialllarının istehsalı müəssisələrinin, istixana, intensiv bağçılıq təsərrüfatlarının yaradılması və s. sahələr üzrə investisiya layihələri maliyyələşdirilib.
İşgüzar forum çərçivəsində Tovuz və ətraf rayonlardan olan 63 sahibkara 4,5 milyon manat güzəştli kredit verilib. Verilmiş kreditlər, əsasən, taxılçılıq, heyvandarlıq, arıçılıq, üzümçülük, bağçılıq, tərəvəzçilik, ixtisaslaşdırılmış “yaşıl market”in tikintisi, süfrə suları və meyvə şirələri, tamet istehsalı sahələrinin inkişafına yönəldiləcək. Güzəştli kreditlər qeyri-neft sektorunun inkişafına  yönəldilir. Çünki bu sahə iqtisadiyyatın inkişafının prioritet sahəsidir. Bu sahənin inkişafında 2015-ci il noyabrın 1-dən etibarən sahibkarlıq sahəsində aparılan yoxlamalar 2 il müddətinə dayandırılması, eyni zamanda lisenziyaların sayının minimuma endirilməsi, lisenziya verilməsi qaydalarının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi, sahibkarlıq fəaliyyəti ilə bağlı bütün lisenziyaların İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən “ASAN xidmət” mərkəzlərində verilməsi də önəmli rol oynayacaq nəzərdə tutulub. Göründüyü kimi, artıq sahibkarlığın inkişafında yeni və olduqca mühüm mərhələ başlayır. Yeni mərhələ xarici faktorların milli iqtisadiyyata təsirlərini minimuma endirəcək ki, bu da dayanıqlı iqtisadiyyatın möhkəm təməllər üzərində formalaşmasına təkan verəcək.
 Sahibkarlığın inkişaf etdirilməsində önəmli addımlardan biri də bu günlərdə Prezident İlham Əliyev gömrük sahəsində nəzarətin həyata keçirilməsi ilə əlaqədar bəzi yoxlamaların sadələşdirilməsi haqqında fərmanıdır.   Fərmanda bildirilir ki. fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən və istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan ümumi gömrük dəyəri 10000 ABŞ dolları ekvivalenti məbləğindən (müşayiət edilən hər bir yetkinlik yaşına çatmamış fiziki şəxsə görə əlavə 2000 ABŞ dolları ekvivalenti məbləğindən) artıq olmayan mallar (aksizli mallar, avtonəqliyyat vasitələri və səfər zamanı fiziki şəxsin zəruri ehtiyaclarının ödənilməsi üçün nəzərdə tutulan əşyalar istisna olmaqla) gömrük ödənişi ödənilmədən gömrük sərhədindən keçirilir. Dövlət Kömrük Komitəsinə tapşırılıb ki, “İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanunun tətbiq edilməsi barədə” prezidentin 2011-ci il 3 mart tarixli fərmanının 3.1-ci və 3.2-ci bəndlərinə uyğun olaraq, gətirilməsi və aparılması qadağan edilən və məhdudlaşdırılan əşyaların siyahısının dövlət sərhədinin buraxılış məntəqələrində hər kəsin yaxşı görə biləcəyi lövhələrdə yerləşdirildiyinə dair məlumatı 1 ay müddətində Azərbaycan prezidentinə təqdim etsin. Nazirlər Kabineti isə normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını 3 ay müddətində təmin etməli, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlamalı və bunun icrası barədə 5 ay müddətində Azərbaycan prezidentinə məlumat verməlidir.

Öz növbəsində Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verməlidir.
 Sahibkarlığın inkişafı istiqamətində  həyata keçirilən  tədbirlər  öz nəticəsini verəcəkdir. Bu tədbirlər ölkədə bir canlanma yaradıb. «Azərbaycan Prezidenti İlham Əliyevin sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan növlərinin sayının azaldılması, xüsusi razılıq (lisenziya) verilməsi prosedurlarının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi haqqında imzaladığı fərman ölkədə həm idarəetmə, həm vətəndaş-dövlət münqasibətlərinin yaxşılaşdırılması, həm də vətəndaşların məmnun qalması üçün həyata keçirilən inqilabi islahatlardan biridir». Bunu Milli Məclisin deputatı Azay Quliyev deyib. A.Quliyev hesab edir ki, həm bu fərman, həm də Milli Məclisdə sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılmasını nəzərdə tutan qanunun qəbulu sayəsində Azərbaycanda sahibkarlar rahat nəfəs ala biləcəklər. 
Sahibkarlıq fəaliyyəti üçün lisenziyaların “ASAN xidmət" mərkəzlərində verilməsini də iqtisadiyyatımız üçün çox mühüm hal sayan deputat bu qurumu ölkədə korrupsiya ilə mübarizə sahəsində çox yaxşı institut hesab edib. A.Quliyevin sözlərinə görə, Azərbaycanda kiçik və orta sahibkarlıq bu fərman və qanundan maksimum şəkildə yararlanacaq: “Bu, indiyədək sahibkarlara ciddi şəkildə edilən təzyiqlərin, lüzumsuz yoxlamaların, sahibkarların fəaliyyətinin rentabelliyinin aşağı salınması ilə bağlı edilən bütün müdaxilələrin qarşısını alacaq. Buna görə Prezidentə minnətdarlığımı bildirmək istəyirəm. Bu addımı atmaqla Azərbaycanda biznes mühitini tam şəkildə qoruya bildik”. Beləliklə, yaxın dövrdə görülən işlərin nəticəsini görəcəyik. Qeyri-neft sektorunda ciddi artımlar onun Azərbaycan iqtisadiyyatının ararıcı sahəsinə  çevirəcək. Ümumi daxili məhsulun həcmində onun payını artıracaq. Eyqi zamanda xarici ticarət dövriyyəsində qeyri-neft sektoru aparıcı sahə olacaq və neft sektorundan asılılığımız minimuma düşəcək.

 

Tarix
23 Oktyabr 2015 [14:59]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin