Ana səhifə
16 Noyabr 2018

Dünya bazarında neft bir qədər bahalaşıb

Ucnoqta.az” xəbər verir ki, apa-nın məlumatına görə, Avropa fond bazarlarında cüzi bahalaşma baş verib.

 

FTSE 100 indeksi 0,61% - 6 402,17 bəndədək, Fransa CAC-40-ı 0,39% - 4 112,67 bəndədək, Almaniya DAX-ı isə 1,86% - 9 068,19 bəndədək bahalaşıb.

COMEX-də qızılın bir unsiyasının qiyməti 0,30 dollar artaraq 1229,70 dollar olub.

Amerika fond bazarında isə Dow Jones indeksi 1,12% - 17 005,75 bəndədək, S&P 500 1,19% - 1 985,05 bəndədək, NASDAQ 1,75% - 4 564,29 bəndədək artıb.

 

Səhmlərlə yanaşı neftin də qiymətində cüzi bahalaşma müşahidə olunub. Belə ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 0,29 dollar artaraq 1 barelə görə 81,71 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0,39 dollar yüksələrək 86,42 dollar olub.

 

Tarix
29 Oktyabr 2014 [10:54]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin