Ana səhifə
17 Noyabr 2018

Xəbərdarlıq: belə “selfie” çəkdirməyin!

Rusiyadakı səhiyyə təşkilatlarından biri maraqlı açıqlama verib.

Ucnoqta.az xəbər verir ki,  Rusiyanın “Rospotrebnadzor” adlı səhiyyə təşkilatı qurumu əhalinin sağlamlığının qayğısına qaldığını iddia edərək “selfie” çəkdirməmək barədə xəbərdarlıq məlumatı yayıb. 

Qurum tərəfindən gənclərin qrup şəklində “selfie” çəkdirməsinin saç bitinin yayılmasına səbəb olacağı qeyd edilir. 

Şəkil çəkdirərkən gənclərin başlarını bir-birinə yaxınlaşdırması, birinin başında olan bitin digərinə keçməsinə səbəb olur. Saçlarında bit olan uşaqların isə məktəbə getməsi həkimlər tərəfindən qadağan edilib. 

Xəbərdarlıq rus sosial şəbəkə istifadəçiləri tərəfindən ən çox müzakirə edilən mövzulardan biri olub.

Xatırladaq ki, qurumun keçmiş rəhbəri Gennedi Onişenko quş qripinin yayıldığı ərəfələrdə qarğaları bu xəstəliyi yayan “tüklü qurdlar” adlandıraraq, öldürülməsi fikrini irəli sürmüşdü.

Tarix
29 Oktyabr 2014 [10:44]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin