Ana səhifə
13 Noyabr 2018

Kömür mədənində daha 18 işçi qaldı

Türkiyənin Ermenek şəhərindəki kömür mədənində su içində qalan işçilərin xilası üzrə işlər davam etdirilir.

 

 

Ucnoqta.az” xəbər verir ki, AzNews.az-ın məlumatına görə, hazırda mədəndə 18 işçi qalıb. Onların yaşayıb-yaşamadığı haqda heç bir məlumat yoxdur.

 

Qəzanın baş verdiyi mədəndə 40-a yaxın işçi olub. Onların əksəriyyəti mədəni vaxtında tərk edə bilib.

 

Dağıntı və subasma 375 metr dərinlikdə baş verib. Xilasedicilər yerin altında qalan 18 mədən işçisinin su basmayan bölmələrdə gizlənə bildiklərinə ümid edirlər. Artıq mədəndə suyun hündürlüyü 50 metrə çatıb.

 

Xilasetmə işləri iki günə yaxın davam edə bilər. İşçilərin xilas edilməsi üçün mədənə dalğıcların göndərilməsi planlaşdırılır.

 

Qeyd edək ki, dünən Türkiyənin cənubunda yerləşən Karaman vilayətinin Ermenek şəhərindəki kömür mədənində süxur dağılıb və içəriyə su yığılıb.

Tarix
29 Oktyabr 2014 [10:42]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin