Ana səhifə
25 Sentyabr 2018

"Yoxlamaların 2 il müddətinə dayandırılması sahibkarlığın inkişafına böyük imkanlar yaradır"

Vahid Əşmədov: "Məmurlar sahibkar təsərrüfatlarına qanunsuz müdaxilələr edirlər, bu qərar isə sahibkarlığı inkişaf etdirəcək"
Zahid Oruc: «Bu addım büdcə gəlirlərinin artımasında, o cümlədən yeni iş yerlərinin yaradılmasında vacib rol oynayacaq»

Milli Məclisdə "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" qanununun layihəsi müzakirə olunub. Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə qanun layihəsi barədə məlumat verib. Onun sözlərinə görə, qanun layihəsinə sahibkarlığın inkişafı üçün böyük imkanlar yaradır. Daha sonra sənəd səsə qoyularaq qəbul olunub.
Qeyd edək ki, qanun layihəsi 4 maddədən ibarətdir. Sənəddə yoxlamaların dayandırılmasının noyabrın 1-dən hesablanmaq şərti ilə 2 il müddətinə nəzərdə tutulduğu qeyd olunub. Bu müddətdə yalnız vergi yoxlamaları, insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına təhlükə yaradan hallar üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən yoxlamalar aparıla bilər. Həmin yoxlamalar da müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla aparılacaq.
 
Layihədə göstərilib ki, qanunun müddəaları korrupsiya cinayətlərinin araşdırılması ilə əlaqədar Baş Prokurorluq tərəfindən aparılan yoxlamalara şamil edilmir.  Sahibkar bu qanunun tələbləri pozulmaqla həyata keçirilən yoxlamalardan müvafiq icra hakimiyyəti orqanına, prokurorluq orqanlarına, həmçinin inzibati və məhkəmə qaydasında şikayət verə bilər. Qanun layihəsi ilə bağlı sahibkarlar öz fikirlərini bildiriblər və onlar bu layihənin sahibkarlığın inkişafında önəmli rol oynayacağını vurğulayıblar. «Aqrar sahədə çalışan bir sahibkar kimi Cənab Prezidentin Milli Məclisə təqdim etdiyi sahibkarlıq sahəsində aparılan yoxlamaların 2 il müddətində dayandırılması barədə qanun layihəsi çox yüksək qiymətləndirirəm. Bu, qərar hamımızın ürəyindən xəbər verir. Bu, sahibkarlıq subyektlərinin fəaliyyətinə yersiz müdaxilələrin aradan qaldırılmasına, sahibkarlıq mühitinin yaxşılaşmasına xidmət edəcək və ölkədə qeyri-neft sektorunun inkişafını daha da sürətləndirəcəkdir. Noyabrın 1-dən iki il müddətinə bütün yoxlamalar saxlanılmaqla bərabər fərmana uyğun olaraq lisenziyaların sayı minumuma endiriləcək. Lisenziyaların vermə səlahiyyəti Azərbaycan brendi olan "ASAN" Xidmət Mərkəzlərinə veriləcəkdir. Yeni qanunda qabaqcıl beynəlxalq təcrübəni nəzərə almaqla sahibkarlıq fəaliyyəti ilə bağlı olan bir sıra proseduraların sayının və eləcə də müddətinin kəskin azaldılması nəzərdə tutulmuşdur. “Bir pəncərə” prinsipinə uyğun olaraq elektron qeydiyyatı zamanı prosedur və müddətlərin azaldılması bu sahədə həyata keçiriləcək islahatlar sahibkarlığın inkişafına ciddi təkan verəcəkdir. Mövcud qanun ölkəmizdə məhsul bolluğu yaratmağa, on minlərlə yeni iş yerlərinin açılmasına səbəb olacaqdır. Bu istiqamətdə islahatların aparılması olduqca vacib olmaqla ölkə vətəndaşlarının sosial rifah halını daha da yüksəldəcəkdir. Bu siyasətin uğurla davam etdirilməsi nəticəsində ölkəmiz bir çox strateji ərzaq məhsulları üzrə tələbatını büsbütün ödəyəcək, bir sözlə, ölkə iqtisadiyyatının neft sektorundan asılılığını azaldacaqdır», -“Yaşıl çay” FT MMC-nin direktoru Araz Yağubov deyib. 
Onun sözlərinə görə, dünyada neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi, dünyada davam edən iqtisadi böhran bir sıra layihələrin reallaşmasında müəyən çətinliklər yaratsa da, iqtisadiyyatın şaxələndirilməsi istiqamətində həyata keçirilən islahatlar ölkəmizin dayanıqlı inkişafını təmin etmiş, qeyri-neft sektorunun inkişafını ön plana çıxarmağa imkan verib: «Belə bir çətin zamanda aqrar sahəyə yatırımlar nəinki azalmış, əksinə daha da artmışdır. Sevindirici haldır ki, dövlətimiz kənd təsərüfatını gözləyən ciddi təbii təhlükələrdən qorumaq yönündə qabaqlayıcı tədbirləri həyata keçirir. Belə çətin bir zamanda aqrar sahə daim dövlətimizin, şəxsən cənab Prezidentin diqqət mərkəzindədir. Heç şübhə yoxdur ki, sahibkarlığın müdafiəsinə hesablanmış bu qanun ölkədə məhsul bolluğunun yaradılmasına, əhalinin ekoloji cəhətdən təmiz ərzaq məhsullarına tələbatının ödənilməsinə, insanların həyat şəraitinin, maddi rifah halının daha da yaxşılaşmasına, məhsullarımızın xarici ölkələrə ixracının genişlənməsinə səbəb olacaqdır. 
Ürəkdən sevinirik ki, möhtərəm prezidentimiz İlham Əliyevin rəhbərliyi altında altında ölkəmizdə vətəndaş-dövlət birliyi bərqərar olub. Cənab Prezidentin verdiyi qərarlar, sərəncam və fərmanlar yalnız Azərbaycan vətəndaşının mənafeyinə xidmət edir. Hər bir Azərbaycan vətəndaşı kimi mən də, rəhbərlik etdiyim kollektiv də dövlət başçısının sahibkarlığın müdafiəsinə yönələn bü mühüm qərarınını dəstəkləyirik». 
Millət vəkili Vahid Əhmədov da qərarı "sahibkarlığın inkişafında mühim addım" adlandırır. Millət vəkili Vahid Əhmədov sahibkarlıq sahəsində yoxlamaların dayandırlıması qərarını "çox böyük addım" adlandırır. O bildirir ki, bu qərar qeyri neft sektorunun inkişafına mühim təsir edəcək."Məmurlar sahibkar təsərrüfatlarına qanunsuz müdaxilələr edirlər, bu qərar isə sahibkarlığı inkişaf etdirəcək"- millət vəkili deyir.
Hüquqşünas Ələsgər Məmmədli isə deyib ki, ölkədə biznes strukurlarına məmur müdaxiləsini birinci şəxsin gündəmə gətirməsini müsbət qarşılayır. O hesab edir ki, bu yaxınlarda süni müdaxilələr azaldığı üçün kiçik və orta sahibkarlıqda canlanma yarana bilər. "Ölkədə hər şey neft sənayesi üstünə qurulsa da, Azərbaycanın qeyri neft sektorunun da kifayət qədər potensialı var. Məmurların sahibkarlardan pul tələb etməsi, zaman-zaman onların kreditlər götürüb borcanmalarına şərait yaradılması sahibkarların bir çoxunun iflasına gətirib çıxarırdı",- o deyir.
Salyanda ticarət və icarə ilə məşğul olan sahibkar Ağa Quliyev vaxtilə sahib olduğu təsərrüfata yoxlamaların olduğunu və ondan müəyyən məbləğ istənildiyini deyir. Ondan "şəhərin abadlaşdırılması üçün müəyyən məbləğ" istənilib. Məhkəmə vasitəsilə problemini həll etdiyini deyən sahibkar qəbul olunmuş yeni qərarı bəyənib. "Münasibətim müsbətdir. Sahibkarlara fəaliyyətləri ilə məşğul olmağa gərək imkan versinlər. Çünki o kimisə iş yeri ilə təmin etməklə, özündən başqa bir neçə ailəni də dolandırır", -Ağa Quliyev deyir.
Eyni rayondan digər sahibkar Məmməd Cəfərli supermarket işlətdiyini və müxtəlif qurumlar tərəfindən "yoxlamalara" və "müəyyən məbləğ istənilmələrinə" məruz qaldığını etiraf edir. O, hazırda işçilərini azaltmaq istədiyini də qeyd edir. "Qərara münasibətim əladır. Prezident çıxış edəndən sonra heç kim gəlməmişdi, qorxdular", -sahibkar deyir.
"Prezident İlham Əliyevin sahibkarlığın inkişafına dəstək üçün Milli Məclisə göndərdiyi qanun layihəsini iqtisadi sahədə inqilabi addım kimi dəyərləndirənlər haqlıdırlar". Bunu  Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü, millət vəkili Zahid Oruc Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Milli Məclisə göndərilən sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılmasını nəzərdə tutan qanun layihəsinə münasibətini bildirərkən deyib. Onun sözlərinə görə, sözügedən fərman Azərbaycanın siyasi azadlığına da, mənəvi mühitinə də çox güclü təsir göstərəcək: "Çünki sahibkarlıq sahəsində aparılan yoxlamalar təkcə sahibkarlıq subyektlərini əzmirdi, ümumi həyatımıza çox mənfi təsir edirdi. Bu məsələ zaman-zaman həm Milli Məclisdə, həm siyasi aləmdə, həm də media aləmində müzakirə olunub. Azərbaycan biznes strukturlarının həmişə hamisi kimi çıxış edən Prezident İlham Əliyev dəfələrlə sahibkarlıq subyektlərinin qanunsuz yoxlanması ilə bağlı narazılıqlarını dilə gətirib. Süründürməçiliyə, bürokratiyaya, rüşvət tələlərinə məruz qoyulan sahibkarlıq subyektləri iri tutumlu sənaye yaratmaq imkanından məhrum olunurdular, eyni zamanda Azərbaycanın bu və ya digər formada iqtisadi asılılığını dərinləşdirirdilər”.
Prezident İlham Əliyevin bu fərmanını təqdirəlayiq hal sayan deputat hesab edir ki, bu addım büdcə gəlirlərinin artımasında, o cümlədən yeni iş yerlərinin yaradılmasında vacib rol oynayacaq.

Tarix
21 Oktyabr 2015 [17:33]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin