Ana səhifə
16 Noyabr 2018

Bakıda gecə iki gənc bıçaqlanıb

Gecə Bakının Xətai rayonu ərazisində iki nəfər bıçaqlanıb. “Ucnoqta.az”-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə Süleyman Vəzirov küçəsi, 41 ünvanında qeydə alınıb.  Şabran rayon sakinləri - 24 yaşlı Təhməz Məcidov və onun dostu, 22 yaşlı Sevdi Cumayev müxtəlif dərəcəli bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə çatdırılıblar.

 

 

Məlumata görə, yaralı dostları yoldan keçən bir nəfər görüb və xəstəxanaya da o çatdırıb. T.Məcidov və S.Cumayevi bıçaqlayan şəxslər isə hadisə yerini tərk ediblər. Xətai Rayon Polis İdarəsinin və 37-ci Polis Bölməsinin əməkdaşları məlumat daxil olan kimi dərhal əməliyyat-axtarış tədbirlərinə başlayıblar. Çox keçmədən hadisəni törətməkdə şübhəli bilinən iki qardaş saxlanılıb. Bunlar Şabran rayon sakinləri - 22 yaşlı Əfrail Teyyub oğlu Nurəddinov və 21 yaşlı Səxavət Teyyub oğlu Nurəddinovdur.

 

Faktla bağlı araşdırma aparılır.

Tarix
29 Oktyabr 2014 [10:26]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin