Avtobuslarda izləmə avadanlığı quraşdırılır

Avtobuslarda yeni izləmə avadanlığının quraşdırılmasına başlanılıb. Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzindən verilən məlumata görə, GPS treker adlanan bu telematik blok nəqliyyat vasitəsinin olduğu ərazi, hərəkətin sürəti, yanacağın sərfiyyatı, datçiklərin vəziyyəti (mühərrik işə salınıb, qapı açıq qalıb və s.) barədə məlumatı real vaxt rejimində dispetçer mərkəzinə ötürür.  Xüsusilə, sürücülük qabiliyyətinə nəzarət sistemi yolda baş vermiş pozuntular (kobud sürücülük, sürət həddinin aşması və s.) haqqında məlumatı toplayır və işçi heyətinin fəaliyyətinin qiymətləndirilməsi sisteminə göndərir. Həmin sisteminin köməyi ilə dispetçer istənilən müddət ərzində və müxtəlif səfərlər üzrə sürücülük qabiliyyətinin dəqiq qiymətləndirilməsinə nəzarət edə bilər.

Sürücülük qabiliyyətinin qiymətləndirilməsi prosesi izləmə avadanlığından əldə edilən məlumatın əsasında tərtib olunur. Hesablamanın əsasını sürətin aşması, kəskin sürətləndirmə, əyləc, dönüş və s. göstəricilər təşkil edir. Sistemin köməyi ilə səhlənkar sürücüləri müəyyən etmək, yol hərəkətinin təhlükəsizliyini artırmaq, yanacaq və istismar xərclərinə də xeyli qənaət etmək üçün imkan yaradılır. 
Eyni zamanda, avtomobillərin texniki baxış prosesinin idarə edilməsini avtomatlaşdırmaq məqsədilə hər nəqliyyat vasitəsi üçün ayrılmış elektron xidməti kitabçasının qeydiyyatını və idarə edilməsini təmin edən modul mövcüddur. Bu modulda avtomobilin bütün texniki göstəricilərinin qeydiyyatı və uçotu aparılacaq. Hazırki modul avtomobilin gözlənilmədən sıradan çıxması riskini azaltmaq və onun texniki xidmət xərclərini aşağı salmağa imkan yaradacaq.
Artıq paytaxtda fəaliyyət göstərən  marşrut  avtobuslarına  izləmə avadanlıqlarının quraşdırılması işlərinə başlanılıb. 43 marşrut xətti üzrə fəaliyyət gösətərən  640 avtobusda  izləmə avadanlığı quraşdırılıb. Həmçinin, dayanacaqlardakı Avtobus İnformasiya Terminallarında avtobusların çatma vaxtlarının da əks olunması istiqamətində işlər aparılır. Belə ki, avtobuslarda quraşdırılan izləmə cihazı vasitəsi ilə toplanan məlumatlar avtomatik olaraq dayanacaqlardakı monitorlara  ötürüləcək. Bununla da sərnişinlər dayanacaqda olarkən  monitora baxaraq ən yaxın avtobusun  (marşrutlar  üzrə) neçə dəqiqəyə çatacağı haqqında mütəmadi məlumatlandırılacaq.
Bort avadanlıqlarından fərqli olaraq yeni quraşdırılacaq izləmə cihazları sürücülərin əllə müdaxilə edə bilməyəcəyi hissələrdə (avtobusda) quraşdırılıb. İstənilən kənar müdaxilə barəsində (avadanlığın söndürülməsi, zədələnəməsi və.s) məlumat NİİM-in proqram təminatında dərhal əks olunacaqdır. Mühərrik işlək vəziyyətdə olmasa belə, avadanlıq 4 gün ərzində fasiləsiz məlumatlar (avtobusun sonuncu dəfə olduğu yer barədə) ötürə bilir.


Elmin

Tarix
20 Oktyabr [16:05]
Müəllif
Ucnoqta.az
Digər xəbərlər

LADA-nın “Transformers”i hazırlandı – VİDEO

"Hazırladığımız “Transformers”-ə maraq böyükdür, hər kəsin diqqətini çəkir"

“Uçan maşın”lar taksidən baha olmayacaq

"Hava" taksisindən istifadə zamanı hər mil (1,6 km) üçün gediş qiyməti 1,5-2,5 dollar təşkil edəcək

Əcnəbilərin sürücülük vəsiqəsini dəyişdirməsinə dair yeni tələb

Şəxs sürücülük vəsiqəsini dəyişdirdikdə, həmin icazənin notarial qaydada təsdiq edilmiş surəti tələb olunacaq

Azərbaycanda 170 min manata nömrə satılır – FOTO

Azərbaycanda bu cür bahalı nömrələrə tələbat yüksəkdir

Elnarənin avtomobili - FOTO

"Yaxın günlərdə dəfiləm olacaq"

"Opel" şirkəti satıldı

Fransanın "PSA Group" şirkəti "Opel"i "General Motors"dan 2.2 milyard avroya satın aldı

Nəqliyyatın icbari sığortasını onlayn etmək imkanı

Sığortanın qüvvəyə minmə tarixi sistem tərəfindən avtomatik təyin edilir

"General Motors" 1000-dən çox iş yerini ixtisar edəcək

Yanvar ayında artıq 2 min iş yeri azaldılıb

Trampa güllə keçirməyən xüsusi avtomobil ayrıldı - FOTO

8 ton ağırlığındakı "The Beast"ın polad qapılarının qalınlığı 20,3 santimetrdir

Dubayda bu ölkənin ilk "uçan avtomobil"i nümayiş etdirilib - VİDEO

Yeni avtomobil sərnişinləri yaxın məsafəyə daşımaq üçün nəzərdə tutulub
Xəbər xətti
Çox oxunanlar
Köşə yazıları
Sorğu
İşğal altında olan torpaqların hansı yolla qaytarılmasına tərəfdarsan?
 müharibə
 sülh
 bilmirəm
Maraqlı

Bakı şəh,Yasamal rayonu,

Mikayıl Müşfiq küç 15/17

Tel: (012) 539-19-05,539-19-04

Email: [email protected]

Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.