Ana səhifə
15 Dekabr 2018

2 min 154 ədəd telefonla ələ keçdi

O, 2 min 154 ədəd mobil telefonu qaçaqmal yolu ilə Türkiyəyə keçirmək istəyib

 

Türkiyədə Azərbaycan vətəndaşı saxlanılıb.

İstanbulda Atatürk hava limanında telefon qaçaqmalçılığı ilə məşğul olan qrup saxlanılıb.

 

Belə ki, ikisi Türkiyə, biri isə Azərbaycan vətəndaşı olmaqla 3 nəfər hava limanından ölkəyə mobil telefonlar keçirmək istəyib. Telefonların sayı nə az, nə çox 2 min 154 ədəd olub.

 

Mobil telefonları çamadanlarda ölkəyə keçirmək istəyiblər. Lakin gömrük işçiləri onlardan şübhələnib və araşdırmalara başlayıb. Məlum olub ki, mobil telefonların hamısı qaçaqmal yolu ilə gətirilib.

Hər üç şəxs İstanbulda polis bölməsinə aparılıb. ANS PRESS

Tarix
5 Oktyabr 2014 [23:25]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin