Ana səhifə
14 Noyabr 2018

Ukraynada koalisiya yaradılır

Qərbyönümlü partiyalar koalisiya danışıqlarına başlayıblar

 

Ukrayna parlamentinə seçkilərdə ən çox səs toplayan qərbyönümlü partiyalar koalisiya danışıqlarına başlayıblar. Yeni hökumətin qarşısında duran vəzifə ölkənin şərqindəki separatçıları sakitləşdirməkdir.

 

Ucnoqta.az” xəbər verir ki,  ANS PRESS-in məlumatına görə, Ukrayna prezidenti Pyotr Poroşenkonun blokundan Yuri Lutsenko bildirib ki, danışıqlara artıq başlanılıb.

 

Xatırladaq ki, oktyabrın 26-da keçirilən seçkidə Ukrayna prezidenti Petro Poroşenkonun bloku 21,5%, baş nazir Arseniy Yatsenyukun "Xalq Cəbhəsi" partiyası isə 21,9% səs toplayıb. Avropaya meylli "Samopomiç" ("Özünəyardım") partiyası 11%-lə 3-cü yeri tutub. Kreml yönümlü "Müxalifət bloku" 10%, populist radikal partiya 7%-dən bir qədər artıq, sabiq baş nazir Yuliya Timoşenkonun "Batkivşina" partiyası isə 5-6% səs toplayıb. 4% səs toplayan millətçi "Svoboda" partiyası isə parlamentdə yer tutmaq üçün 5%-lik həddi keçə bilməyib.

Tarix
28 Oktyabr 2014 [23:15]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin