Ana səhifə
23 Sentyabr 2018

Ərdoğandan İŞİD-ə mesaj

"Sizə hücum olarsa Türkiyə ordusu dərhal yanınızda olacaq"

 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyada Süleyman Şah türbəsini qoruyan əsgərləri cümhuriyyət bayramı münasibətilə təbrik edib.

 

Ucnoqta.az” xəbər verir ki,  ANS PRESS-in məlumatına görə, Ərdoğan Türkiyənin Süleyman Şah türbəsinə edilən hücuma səssiz qalmayacağını bir daha bəyan edib:

 

"Heç bir təhdidə və təhlükəyə boyun əymədən, vətən torpağımızın, ay ulduzlu bayrağımızı və Osman Qazinin babası olan mərhum Süleyman Şahın türbəsini qəhrəmancasına qoruyan əsgərlərimizlə millət olaraq fəxr etdiyimizi təkrar xatırlatmaq istəyirəm.

 

Yenə bu gün bir daha xatırlatmaq istəyirəm ki, vətən torpağımıza, ay ulduzlu bayrağımıza, əsgərlərimizin və Süleyman Şahın əziz xatirəsinə istiqamətli hər cür hücum qarşısında Türkiyə Respublikası bütün gücüylə yanınızda olmağa davam edəcək. Bilin ki, əziz millətimizin xeyir duaları sizlərlə birlikdədir.

 

Yenə bilin ki, Türkiyə Respublikası, güclü dövləti və millətiylə vətənimizin istiqlalı uğrunda ailələrinizdən və sevdiklərinizdən uzaqda keçirdiyiniz bayramın müqəddəs olmasını diləyir, o mübarək alınlarınızdan öpür, hamınızı sevgiylə salamlayır".

Tarix
28 Oktyabr 2014 [23:48]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin