Ana səhifə
22 Sentyabr 2018

Nokauta düşən boksçu öldü

Cənubi Afrika Respublikasından olan peşəkar boksçu qadın Pindile Mvelaze döyüş zamanı aldığı zədə nəticəsində iki həftə koma vəziyyətində qalandan sonra dünyasını dəyişib.

 

 

Ucnoqta.az” xəbər verir ki, AzərTAc-ın məlumatına görə, 63,5 kq çəki dərəcəsində çıxış edən 31 yaşlı Mvelaze oktyabrın 10-da Pretoriyada Liz Batler ilə döyüşdə nokauta düşərək məğlub olub.

 

Peşəkar rinqdə dörd döyüş keçirmiş Mvelaze həmin döyüşlərin üçündə məğlub olub, birini isə heç-heçə başa vurub.

 

Son beş gündə Cənubi Afrika Respublikasında artıq üçüncü dəfədir ki, idmançılar həlak olur. 800 metr məsafəyə qaçışda 2004-cü il Olimpiadasının gümüş mükafatçısı, 34 yaşlı Mbulaeni Mulaudzi avtomobil qəzasında həlak olub. Ötən bazar günü isə bu ölkənin futbol üzrə yığmasının kapitanı və qapıçısı, 27 yaşlı Senzo Meyiva qarətə cəhd göstərərkən güllələnib.

 

Tarix
28 Oktyabr 2014 [22:33]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin