Ana səhifə
17 Noyabr 2018

Fəttah Heydərov Asılbek Jeenbekovla görüşüb

Azərbaycan Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov Qırğızıstan parlamentinin sədri Asılbek Jeenbekov görüşüb. “Ucnoqta.az”-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, sədrlər Bişkekdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (TDƏŞ) üzv ölkələrin Ağsaqqallar Şurasının 8-ci iclasında  bir araya gəliblər. Görüş zamanı parlamentlərarası əlaqələrin indiki vəziyyəti və perspektivləri, iqtisadi sahədə əməkdaşlığın daha da dərinləşdirilməsi, TDƏŞ çərçivəsində qarşılıqlı fəaliyyət məsələləri müzakirə olunub.

 

A.Jeenbekov bildirib ki, Qırğızıstan Azərbaycan ilə qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan dostluq və qardaşlıq münasibətlərinin inkişafına böyük əhəmiyyət verir. Parlamentin sədri bildirib ki, Azərbaycan Qırğızıstanın yaxın tərəfdaşıdır, bir çox aktual məsələlərdə mövqelərimiz üst-üstə düşür. O, oktyabrın 26-da açılan Bakı-Bişkek-Bakı aviareysinin böyük əhəmiyyəti olduğunu qeyd edib.

 

Fəttah Heydərov ölkələrimizin parlamentləri arasında və beynəlxalq təşkilatlar çərçivəsində dialoqun daha da genişləndirilməsinin vacibliyinə toxunub. Milli Məclisin deputatı TDƏŞ-ə üzv dövlətlərin Ağsaqqallar Şurasının iclası haqqında məlumat verib. Mənzil-qərargahı Bişkekdə olacaq Beynəlxalq Köçəri Mədəniyyət Mərkəzinin yaradılması məsələsinin Türkdilli Dövlətlərin Ağsaqqallar Şurasının növbəti iclasında müzakirə olunacağı diqqətə çatdırılıb.

 

Azərbaycanın Qırğızıstandakı səfiri Hidayət Orucov bildirib ki, Bakı-Bişkek-Bakı aviareysinin açılması iki ölkə arasında əlaqələrin inkişafında mühüm rol oynayacaq

Tarix
28 Oktyabr 2014 [21:44]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin