Ana səhifə
22 Sentyabr 2018

9 gün ərzində 26 tamaşa...

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı oktyabr ayının ikinci yarısı 9 gün müddətində teatrsevərlərə 25 tamaşa  təqdim edəcəkdir. Teatrın mətbuat xidmətindən verilən xəbərə görə, tamaşalardan 16-ı yerli teatrsevərlər üçün, 10-u isə xarici ölkədə qastrol səfərində nümayiş ediləcəkdir. Tamaşalar həm teatrın daimi qonağı olan məktəblilər, həm də axşam tamaşaları olaraq gənclər və yaşlı nəsli maraqlandıran mövzulara həsr olunmuşdur. Teatr oktyabr ayının 16-da saat 19.00-da yazıçı-dramaturq Tamara Vəliyevanın 20 yanvar faciəsinə həsr olunmuş “Mənim ağ göyərçinim” tamaşasını nümayiş etdirəcəkdir.  Məktəblilər oktyabrın 17-18 tarixlərində saat 12.00-da “Balaca və damda yaşayan Karlson” (A.Tolstoy) və “Ələddinin sehrli çırağı” (Ərəb Xalq nağılı) tamaşalarına baxacaqlar. Həmin günlər böyüklər üçün isə İ.Əfəndiyevin “Sarıköynəklə Valehin nağılı”  və Ə.Əmirlinin “Hasarın o üzü” təqdim ediləcəkdir. Oktyabr ayının 21-də saat 16.00-da Ə.Əmirlinin “Mən səni sevirəm”, 23-də saat 19.00-da V.Siqarevin “Ağ ölüm”, 24-də saat 09.30, 12.00-da S.S.Axundov, A.Şaiqin “Qaraca qız”, saat 19.00-da Elçinin “Buzovna kəndinin əhvalatları”, oktyabr ayının 25-də saat 12.00 və 14.00-da Xalq nağılı “Qoğalın nağılı”, axşam saat 19.00-da isə Ə.Haqverdiyevin “Xortdanın cəhənnəm məktubları” tamaşası nümayiş olunacaqdır.  Kollektiv oktyabrın 26-dan 30-a dək Rusiyanın Elista şəhərində 10 tamaşa təqdim edəcəkdir. Səfərdən sonra, oktyabr ayının 31-də saat 12.00 və 14.00-da “Dəcəl keçi” (Pərvin), axşam saat 19.00-da “III Riçard” (U.Şekspir) tamaşası teatrsevərlərin diqqətinə təqdim ediləcəkdir.   

Tarix
16 Oktyabr 2015 [12:12]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin