Ana səhifə
24 Sentyabr 2018

Paris sammiti yeni vədlər “astanasında”

Rasim Ağayev: “Paris görüşü bir daha böyük dövlətlərin Qarabağ münaqişəsinin həllində maraqlı olmadığını göstərdi”

 

 

                               Fikrət Sadıxov

 

 

Fikrət Sadıxov: « Görüş Azərbaycana münaqişəyə öz münasibətini bildirməyə, öz mövqeyini ifadə etməyə, Azərbaycan ərazilərinin işğalını xatırlatmağa imkan verdi»

 

 

Fransa prezidenti Fransua Olland Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarqsyanla Dağlıq Qarabağ münaqişəsinin həllinə dair görüş keçirib. Fransua Olland irəliləyişə nail olmaq üçün böyük sülh sazişinin tərtib edilməsini təklif edib. Hazırda böyük sülh sazişinin Azərbaycan torpaqlarının işğaldan azad edilməsinə nələri vəd edəcəyi müzakirə obektinin əsas məqmlardan biridir.

 

                                     Rasim Ağayev

 

 

Bununla bağlı politoloq Rasim Ağayev bildirdi ki, böyük sülh sazişi Madrid prinsipləri əsasında qurulan bir sənəddir. O, danışıqların tərəfləri kompramisə aparan yeniləşmiş Madrid prinsipləri əsasında aparıldlğını qeyd edərək, Ermənistan tərəfindən dalana dirəndiyini önə çəkdi. “Bu prinsiplərə görə, Ermənistan zəbt olunmuş torpaqları qaytarandan sonra Azərbaycan Qarabağın statusun verilməsi ilə bağlı referendumun keçirilməsinə razı olmalıdır. Azərbaycan zəbt olunmuş torpaqların qaytarılmasından sonra Qarabağın statusunu aydınlaşdıran referendumun 15-20 il keçəndən sonra mümkün hesab edir. Ermənilər isə tələb edirlər ki regerendum ərazilər qaytarılandan dərhal sonra keçirilsin”.

Danışıqların indiki mərhələdə məhz bu istiqamətdə dalana dirəndiyini deyən politoloq, faktiki olaraq hər hansı irəliləyişin gözlənilmədiyini dedi.

“Çünki Ermənistan Amerikanın, Fransanın, Rusiyanın onu dəstəklədiyini yaxşı bilir. Olland sammitdə bunu bir daha təsdiqlədi. Amma vəziyyət bir qədər dəyişib. Rusiya Cənubi Qafqazda mövqelərini bərkitmək, eyni zamanda  Azərbayacanı əlində saxlamaq üçün çabalayır. Amma məsələ yerindən tərpənmir. Danışıqlarda məsələni yerindən tərpətmək üçün hansısa Olland yox,  hansısa başqa bir güc ortaya çıxmalıdır. Bu da Moskvadır. Ancaq Ermənistan buna hazır deyil. Daxildə yaranmış güclü müqavimət hərəkatı Sarqsyanın vəziyyətini ağırlaşdırıb. Belə vəziyyətdə Sarqisyan hansısa kompromisə getmək istəsə də buna imkan verilmir”.

Politoloq prezidentlərin danışıqları BMT–nin 2015-ci ildə keçiriləcək sessiyasında davam etdirməsini, eləcə də böyük sülh sazişi ilə bağlı məsələlərin ortaya atılmasını cəfəngiyyat adlandırdı. “BMT torpaqların işğaldan azad edilməsi ilə bağlı 4 qətnamə qəbul etdi. Bu qurum qəbul olunan qərarlardan hansını yerinə yetirib ki, indi də onların irəli sürdüyü təkliflərdən nə isə gözlənilsin. BMT ədalətli davransaydı çox asanlıqla Ermənistanı işğal etdiyi ərazilərdən geri çəkməyə məcbur edərdi. Amma bəllidir ki, nə Amerika, nə Rusiya, nə də Fransa və yaxud NATO Ermənistana “qaşın üstə, gözün var” demir. Ermənistandan soruşan yoxdur ki, niyə Azərbaycanın Dağlıq Qarabağdan kənar ərazilərini işğal etmisən?”

Politoloq bildirdi ki, bu gün Paris görüşü bir daha böyük dövlətlərin Qarabağ münaqişəsinin həllində maraqlı olmadığını göstərdi.  Bu maraqlar görünmədikcə, danışıqların Azərbaycanın xeyrinə həll olunacağı barədə düşünmnək, eləcə də Paris, yaxud digər səviyyəli prezidentlərin görüşündən də nəticə gözləmək yersizdir. Əgər bu güclər münaqişənin həllini istəsəydilər, çox asanlıqla Ermənistanı sülh danışıqlarına imza atmağa məcbur edərdi. Amma bunu istəmirlər”.

Azərbaycan və Ermənistan prezidentlərinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Paris görüşünü baş tutmuş hesab etmək olar. Bunu isə olitoloq, Qərb Universitetinin professoru Fikrət Sadıxov deyib. Politoloq deyib: “İstənilən halda görüş müsbət amildir. Bu, Azərbaycan diplomatiyasının, rəsmi Bakının sülhpərvərliyini və bu köhnəlmiş münaqişəni dinc yolla həll etmək cəhdini nümayiş etdirir. Azərbaycan diplomatiyasının üstünlüyü də, prioriteti də bundadır”.

Onun sözlərinə görə. Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü praqmatik qiymətləndirənlər və proqnoz verənlər bu görüşdə hansısa radikal dəyişikliklərin baş verəcəyinə ümid etmirdilər. «Problem özü-özlüyündə çox mürəkkəbdir və kiminlə olur-olsun bir görüşdə ən müxtəlif geosiyasi maraqları təmin etmək mümkün deyil. Bununla yanaşı, yenə də bu günə kimi Ermənistanı Azərbaycanla bərabərləşdirməyə çalışırlar”.

Politoloq qeyd edib ki, buna baxmayaraq, itkin, əsir düşənlər və hərbi əsirlər barədə məlumatların mübadiləsi haqqında razılaşma əldə olunub ki, bu da kiçik də olsa, irəliləyişdir: “Bu, özü-özlüyündə az əhəmiyyətli deyil. Başlıcası, bütün bunların arxasında Ermənistanın dirənmiş mövqeyini nəzərə almaq lazımdır”.

Onun sözlərinə görə, Fransa Prezidenti həm də Azərbaycan və Ermənistan arasında hərtərəfli sülh sazişinin hazırlanması üzərində çalışmağın vacibliyi haqqında istəyini ifadə edib. Görüşün yekunları barədə mövcud olan ilkin məlumat istənilən halda görüşün faydasız keçmədiyini güman etməyə imkan verir: “Görüş Azərbaycana münaqişəyə öz münasibətini bildirməyə, öz mövqeyini ifadə etməyə, münaqişənin ən ağrılı nöqtələrinə nəzər salmağa, Azərbaycan ərazilərinin işğalını xatırlatmağa imkan verdi. Və bu aspektdə hesab edirəm ki, ümumilikdə görüşü baş tutmuş və məsələnin nizamlanmasının gələcək yolunun axtarışında müsbət növbəti mərhələ hesab etmək olar”.

 

 

T.Qafarlı 

Tarix
28 Oktyabr 2014 [18:48]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin