Ana səhifə
22 Noyabr 2018

İlham Əliyev Türkləri təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təbrik məktubu ünvanlayıb.

 

Ucnoqta.az xəbər verir ki, təbrikdə deyilir: "Qardaş Türkiyənin milli bayramı – Respublika günü münasibətilə Sizi və Sizin simanızda bütün Türkiyə xalqını şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Türkiyə sürətli və dinamik inkişaf yolu keçərək bu gün dünya miqyasında aparıcı ölkələr sırasına çıxmış, nüfuzlu güc mərkəzinə çevrilmişdir. Biz Türkiyənin uğurlarına öz uğurlarımız qədər sevinirik".

Dövlətimizin başçısı təbrikində qeyd edib ki, Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı ortaq tarixə, milli, mənəvi köklərə malik olan xalqlarımızın iradəsindən qaynaqlanır: "Dövlət başçısı kimi fəaliyyətinizin ilk günlərində ölkəmizə rəsmi səfəriniz Azərbaycan-Türkiyə münasibətlərinin ən yüksək səviyyədə olduğunu bir daha təsdiq edir. Əminəm ki, qarşılıqlı inam, etimad və dəstəyimiz, birgə həyata keçirdiyimiz nəhəng enerji, nəqliyyat layihələri, o cümlədən reallaşdırmağa başladığımız TANAP – Trans-Anadolu qaz boru kəməri dostluq və qardaşlıq münasibətlərimizin daha da möhkəmlənməsinə, ölkələrimizin çiçəklənməsinə, xalqlarımızın rifahına yeni-yeni töhfələr verəcək.

Belə bir xoş gündə Sizə bir daha təbriklərimi yetirir, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, qardaş Türkiyə xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".

Prezident İlham Əliyev Türkiyənin Baş naziri Əhməd Davudoğlunu da təbrik edib.

Məktubda qeyd olunur: "Qardaş Türkiyənin milli bayramı – Respublika günü münasibətilə Sizə və bütün xalqınıza ən səmimi təbriklərimi yetirirəm. Xalqlarımızı birləşdirən möhkəm dostluq və qardaşlıq hissləri bu gün dövlətlərarası münasibətlərimizin yüksək səviyyəsində və real məzmununda özünü əyani şəkildə nümayiş etdirməkdədir.

Əminəm ki, birliyimizin və müttəfiqliyimizin bariz ifadəsi olan sıx qarşılıqlı fəaliyyətimiz, həyata keçirdiyimiz irimiqyaslı layihələr bundan sonra da ölkələrimizin və xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Türkiyə xalqına daim sülh və tərəqqi diləyirəm".

 

Tarix
28 Oktyabr 2014 [18:37]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin