Ana səhifə
23 Sentyabr 2018

“Oyuq” studiyasının bayram konserti

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı nəzdində fəaliyyət göstərən “Oyuq” teatr-studiyası daha bir xeyriyyə konsert-tamaşasına hazırlaşır.Teatrın mətbuat xidmətindən verilən məlumata görə, bu dəfə balaca teatr həvəskarları həmyaşıdlarını 9 noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı günü münasibətilə öz ətraflarına toplayacaqlar.UNİMA Azərbaycan Milli Mərkəzinin dəstəyi ilə noyabrın 5-ə təsadüf edəcək bayram tədbirində balaca istedadların ifasında “Yatmış gözəl” adlı tamaşa təqdim olunacaq. Dünya ədəbiyyatından məşhur əsər əsasında yazıçı Səidə Haqverdiyevanın səhnələşdirdiyi və Cəmilə Allahverdiyevanın quruluş verdiyi 2 saatlıq tamaşa-konsertdə Azərbaycan və dünya nağıl qəhrəmanlarının  vəhdətdə təqdimatı nəzərdə tutulur. Uşaqlara vətənpərvərlik, dürüstlük, dünyaya məhəbbət, sülhə çağırış aşılayan tamaşanın ardınca balacaların ifasında rəngarəng konsert proqramı  təqdim olunacaq.Proqramda studiyanın fəalları Aylin Nəcəfli, Selcan Museyibova, Tunar İsa, Nazim Hacıyev, Aydan Əhmədova, İlham Qasımov, Nigar Xanmirzəyeva, Miryaqub Seyidov, Ömür Səfərəliyeva və Nuray Əkbər çıxış edəcək.Xeyriyyə konsert-tamaşasına Bakının internat məktəbi və uşaq evlərindən balacalar da dəvət olunacaq.

Tarix
15 Oktyabr 2015 [15:25]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin