Ana səhifə
19 Avqust 2018

Ləman Ələşrəfqızı tələbə-jurnalistlərə mühazirə oxudu

ANS TV-nin Xəbərlər Xidmətinin əməkdaşı, «Əməkdar jurnalist» Ləman Ələşrəfqızı Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin qonağı olub. Fakültənin 4-cü kurs tələbələrinə Beynəlxalq jurnalistika kafedrası tərəfindən tədris edilən «Sosial media» dərsində qonaq olan Ləman Ələşrəfqızı öncə  BDU-nun jurnalistika fakültəsinə gəlişindən danışıb. Orta məktəb illərində jurnalistikaya əlçatmaz peşə kimi baxdığını deyən Ləman xanım bu səbəbdən filologiya fakültəsinə sənəd vermək istəyib. Lakin müəllimi onu fikrində daşındırıb və uşaqılıq arzusunu gerçəkləşdirib. Dərsi dialoq şəklində quran tanınmış jurnalist, tələbəlik illərindən, əməkdaşlıq etdiyi mətbuat orqanlarındakı iş təcrübəsindən, parlamenti müxbiri kimi fəaliyyətindən, peşəkarlığa aparan yollardan, ənənəvi və müasir jurnalistikadan danışıb, tələbələri maraqlandıran suallara cavab verib. 

Dərsin ikinci hisssində Səməd bəy Mehmandarovun 1918-ci il müstəqil Azərbaycanın ordu quruculuğundakı rolundan danışan telejurnalist gələcəyin jurnalistlərini həm də tariximizi öyrənməyə və onu indiki nəslə düzgün çatdırmağa çağırıb. 
Dərs Ləman Ələşrəfqızının general Səməd bəy Mehmandarov haqqında çəkdiyi sənədli filmin nümayişi ilə başa çatıb.

 

Emin

Tarix
14 Oktyabr 2015 [17:41]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin