Ana səhifə
16 Noyabr 2018

Tikinti şirkətinin rəhbərinə 13 il həbs verildi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirli bilinən “Oskar Qrup” MMC tikinti şirkətinin direktoru Muxtar Bayramovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

 

Ucnoqta.az xəbər verir ki, hakim Azər Orucovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Muxtar Bayramov 13 il müddətinə azadlıqdan məhrum edilib. 
 

Qeyd edək ki, Muxtar Bayramov vətəndaşların etibarından sui-istifadə edərək payçıların pulunu mənimsəməkdə ittiham olunub. O, vətəndaşların Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə müraciəti əsasında keçirilən əməliyyat zamanı saxlanılıb və barəsində cinayət işi başlanıb.(Lent.az)

 

Tarix
28 Oktyabr 2014 [18:14]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin